İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi İlahiyyat İnstitutunun qonağı olub - FOTO

İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi İlahiyyat İnstitutunun qonağı olub - FOTO

İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdülsalam Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) növbəti dəfə qonağı olub.


Aİİ rektoru, dosent Aqil Şirinov qonağı salamlayaraq, onu növbəti dəfə ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib.


Azərbaycan Respublikasının mədəniyyətlərarası, dinlərarası, həmçinin millətlərarası əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edən A.Şirinov sözügedən müəssisə ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb.


İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdülsalam öz növbəsində, ölkəmizdə səfərdə olmasından, mədəniyyətlərarası münasibətlərin inkişafı üçün yaradılmış əlverişli şərait ilə tanışlıqdan razı qaldığını ifadə edib.


Azərbaycan İlahiyyat İnstitutu və İnsan Qardaşlığı Ali Komitəsinin səlahiyyətli nümayəndələri arasında baş tutan görüş mədəniyyətlərarası, dinlərarası əlaqələrin inkişafına töhfə vermək istiqamətində müvafiq qaydada birgə əməkdaşlıq haqqında ilkin razılıqların əldə edilməsi ilə yekunlaşıb.


Daha sonra İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdülsalam Aİİ-nin kollektivi ilə görüşüb. Məhəmməd Əbdülsalam təmsil etdiyi qurumun təsis edilməsi, onun səmərəli fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında məlumat verib. O bildirib ki, dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət, dinc yaşayış, ümumbəşəri qardaşlıq ideyalarını, müştərək bəşəri dəyərləri təşviq və təbliğ etmək məqsədi daşıyan İnsan Qardaşlığı Ali Komitəsi qarşıya qoyulan hədəflərə nail olmaq üçün müxtəlif layihələrin həyata keçirilməsinə səy göstərir.


Tədbir Aİİ müəllimləri ilə fikir mübadiləsi formatında davam etdirilib.


Görüşün sonunda A.Şirinov Azərbaycan İlahiyyat İnstitutunu ziyarət etdiyinə, ali təhsil müəssisəsi ilə əməkdaşlığına və onun inkişafına dəstək verməyə hazır olduğunu bildirdiyinə görə, İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdülsalama təşəkkür edib.


İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdülsalam, öz növbəsində, səmimi münasibətə, qonaqpərvərliyə və faydalı fikir mübadiləsinə görə səmimi təşəkkürünü bildirib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]