AzTU və "Azəristiliktəchizat" ASC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

AzTU və "Azəristiliktəchizat" ASC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

Azərbaycan Texniki Universiteti (AzTU) və “Azəristiliktəchizat” ASC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. İmzalanma mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev, “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev və hər iki tərəfdən nümayəndələr iştirak edib.


“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib ki, AzTU qurumun əməkdaşlığa başladığı ilk ali məktəbdir. İlham Mirzəliyev qeyd edib ki, əməkdaşlıq çərçivəsində müxtəlif faydalı layihələrin həyata keçirilməsi nəzərdə tutulub.


AzTU-nun rektoru Vilayət Vəliyev ölkəmizdə istilik təchizatı sektorunun son illər daha da inkişaf etdiyini deyib. Memorandumun əhəmiyyətindən danışan rektor bildirib ki, bu cür əməkdaşlıqların yaradılması universitet-sənaye işbirliyinin inkişafına töhfə verəcək.


Daha sonra AzTU-nun rektoru Vilayət Vəliyev və “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev əməkdaşlıq haqqında memorandumu imzalayıblar.


Sənədə əsasən, tərəflər universitetin tədris planlarının və proqramlarının təkmilləşdirilməsi, tədqiqatların aparılması və universitet-sənaye işbirliyinin inkişafı istiqamətində əməkdaşlıq edəcək. Memorandumda, həmçinin istilik təchizatı sahələrində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, tələbələrin texnoloji yeniliyi dəstəkləyən bacarıqlarının inkişaf etdirilməsi, onların məşgulluğunun təmin edilməsi məqsədilə “Azəristiliktəchizat” ASC-də birgə fəaliyyətin həyata keçirilməsi və digər məsələlər də əks olunub.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]