AzTU-da "Şəhər mobillik planının hazırlanması" layihəsi ilə bağlı toplantı keçirilib - FOTO

AzTU-da "Şəhər mobillik planının hazırlanması" layihəsi ilə bağlı toplantı keçirilib - FOTO

Azərbaycan Texniki Universitetində (AzTU) "Şəhər mobillik planının hazırlanması" layihəsi ilə bağlı onlayn iclas keçirilib. İclasda AzTU-nun rektoru Vilayət Vəliyev, Nazirlər Kabinetinin, bir sıra şəhər və rayon icra hakimiyyətlərinin və universitetin nümayəndələri iştirak edib.


Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev son illər universitetdə görülən işlər və həyata keçirilən layihələr haqqında məlumat verib. Rektor bildirib ki, iclasın keçirilməsində məqsəd Nazirlər Kabinetinin təsdiq etdiyi "Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası"nın icrası istiqamətində müzakirələr aparmaqdır. AzTU logistika və nəqliyyat sahəsi üzrə ölkədə kadr hazırlayan əsas  universitetdir. Bu da AzTU-nun logistika və nəqliyyat sahəsində həyata keçirilən layihələrdə iştirakına və təkliflər verməsinə əsas verir. Rektor qeyd edib ki, "Şəhər mobillik planının hazırlanması" layihəsinin yerinə yetirilməsi üçün ilk növbədə onun texniki tapşırığı hazırlanmalıdır.


Daha sonra çıxış edən AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov layihənin texniki tapşırığının hazırlanması ilə bağlı iştirakçılara məlumat verib. Fuad Daşdəmirov Nazirlər Kabineti tərəfindən təsdiq olunan Qaydaların icrası ilə bağlı mühüm məqamları da diqqətə çatdırıb. O, şəhərlər üçün mobillik üzrə tədbirlərin hədəfi, davamlı şəhər mobillik planının əsas prinsipləri və çətinlikləri, şəhər nəqliyyatının inkişaf mərhələləri və s. məsələlər barədə təqdimatla çıxış edib. Daha sonra iclasda iştirak edən bir sıra şəhər və rayon icra hakimiyyətlərinin nümayəndələri layihə barədə fikirlərini bildirib. Qeyd olunub ki, layihə əhalinin təhlükəsiz hərəkətinin təmin edilməsi və nəqliyyat xidmətinin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]