Lənkəran Dövlət Dram Teatrı uşaqların Novruz bayramını Tilsimlənmiş qız tamaşası ilə rövnəqləndirib – AZpress.AZ (Ağaddin Babayev, FOTO=4)

Lənkəran Dövlət Dram Teatrı uşaqların Novruz bayramını “Tilsimlənmiş qız” tamaşası ilə rövnəqləndirib – AZpress.AZ (Ağaddin Babayev, FOTO=4)

Lənkəran Dövlət Dram Teatrı uşaqların Novruz bayramını “Tilsimlənmiş qız” tamaşası ilə rövnəqləndirib – AZpress.AZ (Ağaddin Babayev, FOTO=4) 

 

Lənkəran Dövlət Dram Teatrı kiçik yaşlı tamaşaçıların görüşünə yeni nağıl-tamaşa ilə gəlib.
Novruz elementləri ilə fərqli çalarda hazırlanan, bayram tətili günlərində öz tamaşaçılarının xoş istirahətlərini təmin etmək məqsədilə repertuara əlavə olunan “Tilsimlənmiş qız” nağıl-tamaşasının müəllifi və quruluşçu rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

 

Tamaşada varlı ailədən olan, həmyaşıdları ilə oynamaq, əylənmək arzusu ilə yaşayan qız haqqında danışılır. Onun atası isə heç vəchlə qızını sərbəst buraxmaq istəmir. Lakin övladının israrlı olduğunu görən ata ona gəlincik almağı vəd edir. Bu məqsədlə o, qonşu qızı dilə gətirərək onu gəlincik qismində evinə gətirməyə razı sala bilir. “Gəlincik”-qonşu qız tezliklə şən, zarafatcıl hərəkətləri ilə varlı qızın ürəyini ələ almağı bacarır. Bundan qorxuya düşən ata indi qonşu qızı evdən kənarlaşdırmağa cəhd göstərir. Bu məqsədlə o, hətta cadugarə müraciət etməli olur...

 

Martın 22-dən oynanılan səhnə əsərində obrazları Əməkdar artist Sucəddin Mirzəyev, Qızılgül Quliyeva, Təranə Fərəcova, Sayad Əliyev, Aysel Babazadə, Gülər Əliyeva, Amil İbrahimli və digər aktyorlar canlandırır.

 

Məlumat üçün bildirək ki, “Tilsimlənmiş qız” nağıl-tamaşası hər gün 2-3 seans olmaqla martın 26-dək nümayiş etdiriləcək.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]