Cavadxan Qasımov: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: İŞIQLI GƏLƏCƏK ÜÇÜN RELLAŞAN TƏDBİRLƏR

Cavadxan Qasımov: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: İŞIQLI GƏLƏCƏK ÜÇÜN RELLAŞAN TƏDBİRLƏR

Cavadxan Qasımov: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: İŞIQLI GƏLƏCƏK ÜÇÜN RELLAŞAN TƏDBİRLƏR

 

Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru

 

Naxçıvan Dövlət Universitetinin tədris proseslərinin modernləşməsi sahəsindəki tədbirləri mövcud potensialın daha da təkmilləşdirilməsi müstəvisində daha mütərəqqi nəticələrin əldə olunmasına istiqamətlənmişdir. Ölkəmizin sosial-iqtisadi sahələr üzrə reallaşdırdığı və uğurla davam etdirmiş olduğu islahatlar təhsil sahəsinin də uzunmüddətli perspektivlərinin müəyyən olunmasını təmin edə bilmiş və uğurlu nəticələr gətirməkdədir. Əsasları xalqımızın ümummilli lideri böyük Heydər Əliyev tərəfindən müəyyən olunan milli təhsil strategiyası ölkənin regional və milli mahiyyətli perspektivləri üzrə güclü dayaq təsisatlarını yaratmış və hazırda ali və orta təhsil şəbəkələrinin təşəkkülü proseslərini sürətləndirmişdir. Artıq həyata keçirilən tədbirlər orta və ali ixtisas təhsil müəssisələrinin səmərəli təşkili və idarə olunması sahəsində etibarlılıq yaratmış və bunlar isə gənc nəslin elmi biliklərinin, ixtisaslaşmasının və peşəkarlığının mühüm strateji əsaslarına çevrilmişdir. Təbii olaraq, qeyd olunanlar Naxçıvan Dövlət Universitetinin timsalında şaxələndirilmiş, məqsədyönlü və dinamik təhsil şəbəkəsinin mövcudluğu üçün əlamətdar nəticələr olaraq çıxış etməkdədir. Müasir müstəqillik illərində Naxçıvan Dövlət Universiteti:

 

- Azərbaycan gəncliyinin savadlı, elmi axtarışlara açıq olan və əsl mütəxəssis olaraq, formalaşmasına zəmin yaratmış;
- innovasiyaya, texnoloji təminata etibar edən təhsil və tədris proseslərinin təşəkkül tapmasına yol açmış;

- müasir standartlar və tələblərə uyğun olan araşdırma və tədqiqatların mümkünlüyünə təminat vermiş;
- dünyaya çıxış imkanlarının daha da yaxşılaşdırılması sahəsində motivasiya amillərinin təşəkkülünü möhkəmlətmiş;
- gəncliyin - tələbə adını qazanmaq istəyən aparıcı qüvvənin axtarmış olduğu ünvanı adını qazanmışdır.

 

Hazırda Naxçıvan Dövlət Universiteti qeyd olunan amillərin hər birinin reallaşdığı, əhatəsini genişləndirdiyi və daha müətərəqqi əsaslarla təkmilləşdiyi ali təhsil ocağına çevrilmişdir. Universitetimizin hazırkı potensialı həm də hər bir tələbə üçün nəzəri və təcrübi istiqamətlər üzrə ixtisaslaşma mərkəzi, etibarlı araşdırma vərdişlərinin qərarlaşdığı tədqiqat strukturu və modern standartlara əsaslanan etibarlı təşkilat olmaqdadır.

 

Təhsil sahəsində yeni dünya çağırışlarına əsaslanaraq, öyrənmə, mənimsəmə, araşdırma prosedurlarının tənzimlənməsi Naxçıvan Dövlət Universitetini yeni inkişaf mərhələsində reallaşdırmış olduğu tədbirlər içərisində yür almaqdadır. Həmin tədbirlərin reallaşması sahəsində istər bakalavr, istərsə də, magistratura təhsil səviyyələrində daha təkmil proseslərin əsasları qoyulmaqdadır. Hər iki təhsil səviyyəsində tədris olunan fənnlərin müasir tələblər çərçivəsində qərarlaşması, buraxılış və dissertasiya işlərinin yeni tərtibat qaydalarının müəyyən olunması genişmiqyaslı tədris proseslərinin nəticəsi olaraq əhəmiyyətlidir. Bu məqsədlə, universitetdə magistrantlar üçün keçirilən təlimin zəruri mahiyyətini qeyd etmək yerinə düşər. Orada, “Dissertarsiya işlərinin yazılması qaydaları”, eyni zamanda, dissertasiya işinin müəyyən olunmuş normalara müvafiq olaraq tamamlanması, həmçinin, həmin standartlara və tələblərə cavab verməsi haqda müzakirələr keçirilmişdir. Təbii olaraq, əsas məqsəd, magistrlərin Elmi Kitabxananın daha da şaxələndirilmiş imkanlarından yararlanması, eyni zamanda, nüfuzlu elmi nəşrlərdən istifadə prosedurlarından istifadə olunmaqla, şəffaf və əsaslandırılmış araşdırma nəticələrindən ibarət olan dissertasiyanın hazırlanmasından ibarət olmaqdadır. Artıq universitetimizin magistratura təhsil səviyyəsində ixtisaslaşan hər bir magistr təhsil aldığı pillənin məsuliyyətini dərk etməklə, geniş araşdırma vərdişlərinə yiyələnmək sahəsində səylə çalışır, tamamladığı dissertasiya işinin mahiyyətini, aktuallığını və hansı elmi yeniliklərdən ibarət olacağını müəyyən etməyin səmərəli yollarını axtara bilir. Bu məsələlər malik olduğu aktuallıqla seçilməkdədir. Çünki, günümüzün ən son elmi yeniliklərindən ibarət olan mövzuların seçilməsi, bu sahədə müvafiq planın tərtib olunması, hər bir magistrantın fərdi iş planı zəruriliyi ilə seçilməkdədir. Eyni zamanda dissertasiyanın tamamlanmasında fəsillərin, paraqrafların müvafiq tərtibat qaydalarına uyğun olmaqla, işlənməsi, onun nəzəri və metododloji əsaslarının ortaya qoyulması, öyrənilməsi, məqsəd və vəzifələrinin düzgün müəyyən olunması kimi məsələlər təlimdə magistrantlar üçün izah olunmuş, qarşılıqlı müzakirələrlə yadda qalmışdır.

 

Bu proseslər Naxçıvan Dövlət Universitetinin tələbələri, magistrantları və bütünlükdə, kollektivi üçün etibarlı elmi araşdırma mühitinin yaradılması ilə yanaşı, eyni zamanda, nüfuzlu elmi nəşrlərlə əməkdaşlıq imkanlarını da artırmaqdadır. Müasir elmi araşdırmaların əhatəsinin genişləndirilməsi, elmi nəşrlərin aktual mövzular üzərində qərarlaşması, beynəlxalq elmi mənbələrə istinad sahəsindəki fəaliyyətin stimullaşdırılması məhz qeyd olunan tədbirlər müstəvisində daha da dayanıqlı olacaqdır. Bunlarla yanaşı, universitet əməkdaşlarının, araşdırma heyətinin və podoqoji kollektivin elmi əsərlərinə istinad səviyyəsinin diqqətdə saxlanılması məsələləri Naxçıvan Dövlət Universitetinin yeni kefiyyət mərhələsində əldə etmiş olduğu uğurlar içərisində olacaqdır. Qeyd etmək olar ki, bəhs olunan amillər hər bir müəllifin yazdığı məqalələrində orkid nömrəsinin qeyd olunması ilə müşahidə olunacaqdır. Həmin proseslər isə orcid.org və web of science saytlarında qeydiyyatdan keçməklə tamamlanmış olacaqdır.

 

Naxçıvan Dövlət Universitetinin reallaşdırmış olduğu yeniliklər içərisində istər ölkədaxili ali məktəblərlə, istərsə də, xarici universitetlərlə əməkdaşlıqların strateji önəmini qeyd etmək lazımdır. Aydın olduğu kimi, unversitetimiz ötən tədris ilində, hörmətli Rektorumuzun rəhbərliyi altında beynəlxalq əməkdaşlıqların yeni dəyərlər əsasında təşəkkülü, inkişafı və uzunmüddətli perspektivliliyi nəzərə alınmaqla, şaxələndirilməsini təmin etdi. Bu istiqamətdə qardaş Türkiyə Cümhuriyyətinin nüfuzlu Ali Məktəblərilə əməkdaşlıqların rolu və təsiri böyük olacaqdır. Hər bir tələbə üçün əhatəli perspektivlər gətirəcək bu münasibətlər artıq yaxın zamanlar üçün öz səmərəli nəticələrini verəcəkdir. Genişmiqyaslı tədbirlər fonunda universitetimizin həyata keçirdiyi tədbirlər qarşılıqlı əməkdaşlıqların qurulması və inkişafında da öz məhsuldar nəticələrini verməkdədir. Bu günlər, ADA Universitetinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetinə səfərləri həmin əməkdaşlıqların yeni keyfiyyət mərhələsinin gerçək ifadəsinə çevrilmişdir. Həm universitetmizlə tanışlıq, həm də ADA Universiteti haqda məlumatlandırmalar, tələbələrdə yüksək təəssürat yaratmışdır. Qeyd etmək olar ki, elə səfərdə əsas məqsəd də qarşılıqlı əməkdaşlıqlarda müasir dövrümüz üçün aktual olan sahələrin və istiqamətlərin fəaliyyət sferaları üzrə ixtisaslaşma zəruriliyinin ifadə olunmasından ibarət idi. Belə ki, əməkdaşlıqlar, xüsusilə, diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə beynəlxalq miqyaslı idarəetmə üzrə liderlərin hazırlanması məqsədlərini də daşımaqdadır. Burada eyni zamanda, təcrübə mübadiləsinin səmərəliliyi üzrə zəruri amil olacaq mühazirə də deyilmiş, xüsusilə, magistratura təhsil səviyyəsi barəsində də tələbələrə məlumatlar verilmişdir. Bunlarla yanaşı, ortaq təcrübə mübadiləsinin həyata keçirilməsi qarşıdakı dövrlər üzrə universitetlər arasındakı əlaqələrin daha da inkişaf etməsinə yol açamaqla, elmi və pdeoqoji fəaliyyətin daha faydalı nəticələrinin əldə olunmasına stimul verəcəkdir.

 

Naxçıvan Dövlət Universitetinin həyata keçirdiyi tədbirlər içərisində kadr hazırlığında gələcək hədəflərin diqqətdə saxlanılması da önəmli yerə malikdir. Təhsil alan tələbələrlə yanaşı, növbəti tədris illərində də tələbə adını alacaq gənclərlə (abituriyentlərlə) görüşlərin keçirilməsi də əhəmiyyətli tədbirlərin tərkib hissəsi olaraq önəmlidir. Naxçıvan Dövlət Universitetində “Bir gün tələbə” adlı layihənin uğurla baş tutması bu proseslərin çox zəruri tərkib hissəslərindən birini təşkil etməkdədir. Gənclərə hərtərəfli dövlət qayğısının növbəti ifadəsi olan bu görüş müvafiq ixtisasların hamiliyə verilməsi, tam orta məktəblərdə nümunəvi dərslərin keçirilməsi kimi zəruri tədbirlərin həm məntiqi davamı, həm də, daha strateji nəticələrini ortaya qoymuş olacaqdır. Növbəti tədris ilində tələbə olacaq gənclərin universitetimizin malik olduğu potensialdan yararlanmaq imkanları böyük olacaq. Belə ki, onlar da, qarşıdakı illərdə ikili diplom layihələrindən, istifadəyə veriləcək Texnopark imkanlarından və beynəlxalq tədris mübadiləsindən əhatəli şəkildə olmaqla, istifadə edə biləcəklər.

 

Beləliklə, Naxçıvan Dövlət Universiteti qarşıdakı dövrlər üzrə mühüm tədbirlərin reallaşmasına nail olmaqdadır. Bu, hər şeydən əvvəl, milli təhsilin daha mütərəqqi əsaslarının yaradılmasına xidmət etməkdədir. Hər bir halda isə, ali məkəbimizin müəyyən olunan hədəflərinin əlçatanlığında hərəkətverici amil olacaqdır.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020