LƏNKƏRANDA BEYNƏLXALQ TEATR GÜNÜ QEYD OLUNUB (AZpressAZ -Ağaddin Babayev, +FOTO=27)

LƏNKƏRANDA BEYNƏLXALQ TEATR GÜNÜ QEYD OLUNUB (AZpressAZ -Ağaddin Babayev, +FOTO=27)

LƏNKƏRANDA BEYNƏLXALQ TEATR GÜNÜ QEYD OLUNUB (AZpressAZ -Ağaddin Babayev, +FOTO=27)

 

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə icra olunan “Teatrda bir gün” layihəsi çərçivəsində martın 27-də Lənkəran Dövlət Dram Teatrında Beynəlxalq Teatr Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Səhər saatlarından başlayaraq teatrda tamaşaçılar üçün “Açıq qapı günü" təşkil oluub. Teatrın baş rəssamı Adil Əsədli foyedə açılmış Vətən müharibəsi şəhidlərinin qəhrəmanlığını əks etdirən rəsm sərgisinin eksponatları barədə ətraflı məlumat verib.

 

Teatrın direktoru Tofiq Heydərov isə kollektivin son illər ərzində qazandığı nailiyyətləri əks etdirən foto guşə ilə izləyiciləri tanış edib.

 

Daha sonra teatrın yaradıcılıq laboratoriyası, qrim, paltar, əlbəsə sexləri ilə tanışlıq olub.
Bölgənin ədəbi qüvvələrinin də təmsil olunduğu tədbir tamaşaçı zalında davam etdirilib.
Teatrın direktoru Tofiq Heydərov, Xalq artisti, Prezident təqaüdçüsü Qabil Quliyev, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran zona şöbəsinin sədri Qafar Cəfərli, Lənkəran Dövlət Universitetinin professoru Yədulla Ağazadə, yazıçı-publisist Hafiz Mirzə və digərləri çıxışlarında Lənkəran Dövlət Dram Teatrının özünəməxsus sənət yolu keçdiyini, ölkənin teatr-tamaşa müəssisələri arasında aparıcı mövqe tutduğunu vurğulayaraq, onun istedadlı kollektivinin ən müərəkkəb əsələrin öhdəsindən gəlmək iqtidarında olduğunu dilə gətiriblər.

 

Günün ikinci yarısında yazıçı Kamal Abdullanın iştirakı ilə onun “Casus” pyesinin məşqləri aparılıb.
Rejissor Anar Babalının quruluş verdiyi bu səhnə əsərində Xalq artisi Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Əlibala Əsgərov, Qızıgül Quliyeva, Allahverən Babayev, Aynur Əhmədova, Miraslan Ağayev, Əbülfəz Axundov və Sayad Əliyev rol alıblar.

 

Məşq prosesi başa şatdıqdan sonra müəllif Kamal Abdulla rejissor və tamaşanın ifaçıları ilə görüşərək, onlarla fikir mübadiləsi aparıb, təkliflərini verib.

 

Qeyd edək ki, “Casus” tamaşasının aprelin sonları üçün istehsalata buraxıması nəzərdə tutulub.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]