Güləşçilərin Avropa çempionatı başlayır -İNTİQAM təqdim edir (AZpress.AZ)

Güləşçilərin Avropa çempionatı başlayır -İNTİQAM təqdim edir (AZpress.AZ)

Güləşçilərin Avropa çempionatı başlayır -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Üçqat dünya çempionumuz Hacı Əliyev mübarizəyə 14 finaldan qatılacaq

 

Bu gün Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan təmsilçilərinin də iştirak etdiyi güləş üzrə növbəti Avropa çempionatına start veriləcək. Aprelin 3-dək davam edəcək çempionatın ilk günü çəkisi 57, 65, 70, 79 və 97 kq olan sərbəst güləşçilər döşək üzərinə çıxacaqlar. Üçqat dünya çempionumuz Hacı Əliyevin (65 kq) azad edildiyi birinci mərhələdə (18 final) güləşçilərimizdən Əliabbas Rzazadə (57 kq) Levan Metreveliylə (İspaniya), Zirəddin Bayramov (70 kq) ev sahibi Daniel Antanla, Əşrəf Əşrəfov (79 kq) Miroslav Kirovla (Bolqarıstan), Məhəmmədxan Məhəmmədovsa (97 kq) litvalı Lukas Karasauskasla qarşılaşacaq.

 

Çempionatın sabaha təsadüf edən ikinci günü isə çəkisi 61, 74, 86, 92 və 125 kq olan pəhləvanlar mübarizəyə qatılacaqlar. Bu çəkilərdə isə ölkəmizi müvafiq ardıcıllıqla İslam Bazarqanov, Turan Bayramov, Əbubəkr Abakarov, Osman Nurmaqomedov və Aydın Əhmədov təmsil edəcək.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]