Yığmamızın üzvü Rusiya Superliqasında məğlubiyyətlə üzləşib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Yığmamızın üzvü Rusiya Superliqasında məğlubiyyətlə üzləşib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Yığmamızın üzvü Rusiya Superliqasında məğlubiyyətlə üzləşib -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Azərbaycanın qadın voleybol yığmasının üzvü Kristina Besmanın hazırda şərəfini qoruduğu "Tulitsa" klubu mübarizə apardığı Rusiya Superliqasında növbəti matçını keçirib. Sayca 24-cü olan bu turda Bismanın komandası səfərdə "Lokomotiv"in qonağı olub. Bu oyunadək "Tulitsa" yarış cədvəlində 3-cü, "Lokomotiv"sə 4-cü pillədə yer almışdı. Görüş ev sahibinin 3:0 (25:15, 25:18, 26:24) hesablı qələbəsi ilə bitincə komandalar yarış cədvəlindəki mövqelərini dəyişiblər. Bununla belə, "Tulitsa" çempionatın pley-off marhələsində mübarizəni davam etdirmək hüququnu itirməyib.

 

14 klubun mübarizə apardığı çempionatın yarış cədvəlində Top-5-də vəziyyət belədir: "Dinamo" (Kazan) - 21 qələbə, 2 məğlubiyyət, 60 xal, "Dinamo" (Moskva) - 20-4 (56 xal), "Lokomotiv" - 19-3 (54 xal), "Tulitsa" - 18-6 (53 xl), "Uraloçka" - 14-8 (41 xal) .....

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]