Məmmədyarov Keymerlə Qran-Prinin tay-brekində qarşılaşacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarov Keymerlə Qran-Prinin tay-brekində qarşılaşacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarov Keymerlə Qran-Prinin tay-brekində qarşılaşacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Almaniyanın Berlin şəhərində şahmat üzrə keçirilən FİDE Qran-Prisinin 3-cü mərhələsində 6-cı turla qrup oyunları başa çatıb. FİDE təmsilçisi Daniil Dubov, amerikalı Lenyer Dominqes və almaniyalı Vinsent Keymerlə birlikdə B qrupunda mübarizə aparan həmyerlimiz Şəhriyar Məmmədyarov 6 turdan sonra qrup mərhələsini 3,5 xalla başa vurub. Almaniyalı Keymer də eyni sayda xal topladığından qrupun qalibini müəyyənləşdirmək üçün bu gün onunla Məmmədyarov arasında əlavə görüş (tay-brek) keçiriləcək. Turnirin reqlamentinə əsasən tay-brekdə güclü olan şahmatçı qrup lideri kimi yarımfinala çıxmaqla yanaşı, həm də aktivinə 7 xal yazdırmış olacaq. A və D qrupundan fərqli olaraq, C qrupunda da qrup lideri tay-brekdən sonra bəlli olacaq.

 

Xatırladaq ki, FİDE Qran-Prisi 3 mərhələdən ibarətdir. Turnirdə 24 şahmatşı mübarizəyə qatılıb. Hər bir şahmatçı yalnız iki mərhələyə qatıla biıir. Hər mərhələdə isə 16 şahmatçı iştirak edir. Sonda isə yekun nəticəyə görə, ilk iki yeri tutan şahmatçı iddiaçılar turnirində iştirak etmək hüququ qazanır.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]