Dörd güləşçimiz AÇ-nın finalına yüksəlib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Dörd güləşçimiz AÇ-nın finalına yüksəlib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Dörd güləşçimiz AÇ-nın finalına yüksəlib -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Hacı Əliyev 4 qat Avropa çempionu ola bilər

 

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı keçirilir. Sərbəst güləşçilərin çıxışı ilə start götürən çempionatın birinci günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, birinci gün döşək üzərinə çıxan 5 pəhləvanımızdan 4-ü - Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Əşirov (79 kq) və Maqomedxan Maqomedov (97 kq) daha inamlı güləşərək çempionatın finalına yüksəlib. Bu isə ən pis halda güləşçilərimizin gümüş medalı özlərinə təmin etməsi deməkdir. Birinci gün mübarizəyə qatılan güləşçilərimizdən yalnız Zirəddin Bayramov (70 kq) yarımfinalda büdrəyərək finaldan kənarda qalıb. Zirəddin bürünc medal uğrunda kiçik finala qatılacaq. Bu gün axşam saatlarında keçirilməsi nəzərdə tutulan finallarda Əliabbas Rzazadə (57 kq) Vladimir Yeqorov (Şimali Makedoniya), Hacı Əliyev (65 kq) macar İsmail Musukayev, Əşrəf Əşirov (79 kq) yunanıstanlı Qeorqios Kuqiomtsidis, Maqomedxan Maqomedov (97 kq) isə Vladislav Baytsayevlə (Macarıstan) qarşılaşacaq. Yeri gəlmişkən üçqat dünya və Avropa çempionu Hacı Əliyevin 4-cü dəfə qitənin ən güclüsü olmaq şansı var.

 

Bu gün isə daha beş sərbəst güləşçimiz mübarizəyə qatılacaq. Bu beşlikdə İslam Bazarqanov (61 kq), Turan Bayramov (74 kq), Abubəkr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq) və Aydın Əhmədov (125 kq) yer alıb.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]