KOICA COVID-19 Pandemiyası müddətində Təhsilə sahəsinə dəstək olmaq məqsədilə Planşetlər ianə etdi +FOTO=3

KOICA COVID-19 Pandemiyası müddətində Təhsilə sahəsinə dəstək olmaq məqsədilə Planşetlər ianə etdi +FOTO=3

KOICA COVID-19 Pandemiyası müddətində Təhsilə sahəsinə dəstək olmaq məqsədilə Planşetlər ianə etdi +FOTO=3

 

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) “Müəllimlərin Potensialının Gücləndirilməsi və Təhsil İnformasiya Sisteminin yaradılması üçün Texniki Yardım (Qrant) Layihəsi” çərçivəsində COVID-19 pandemiyasına cavab olaraq Azərbaycanda məktəblərə dəstək və yardım məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 875 ədəd Planşet PC ianə edib. Planşetlərin Təhvil-təslimi ilə bağlı tədbir 29 mart tarixində Təhsil Nazirliyinin binasında baş tutub.

 

Tədbirdə Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq, KOICA-nın Azərbaycan Nümayəndəliyinin Ölkə üzrə direktoru Moon Jong Hyun, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nazir müavini Muxtar Məmmədov, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəhbəri Vüsal Xanlarov və digər nümayəndələr iştirak ediblər.

 

Səfir Li İn-Yonq öz çıxışında qeyd edib ki,”2020-ci ildə Covid-19 pandemiyasının başlamasəndan sonra dünya ölkələri pandemiya ilə mübarizə aparmaq üçün karantin siyasətləri tətbiq etməyə başladılar və heç vaxt qarşılaşmadıqları əyani dərslərin dayandırılması halı ilə qarşılaşdılar. Səfir həmçinin bu cür çətin şəraitdə - Covid-19 dövründə “Virtual məktəb” onlayn təhsil platforması layihəsini icra etməklə müəllim və şagirdlər üçün distant təhsili və eyni zamanda təhsilin davamlılığını təmin etdiyi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə təşəkkürünü bildirdi. O, həmçinin KOICA ilə Təhsil Nazirliyi arasında “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçün Müəllimlərin Potensialının artırılması və Təhsil İnformasiya Sisteminin qurulması Texniki Yardım (Qrant) Layihəsi”nin əhəmiyyətini vurğuladı və əlavə etdi ki, bu layihənin həyata keçirilməsi təhsildə COVID-19-un təsirini azaltmağa öz töhfəsini verdi. Bu layihə vasitəsilə müəllimlər üçün onlayn təhsil sistemi yaradılıb və 300-dən çox müəllim onlayn təlimdə iştirak edib. Eyni zamanda, davamlı onlayn təhsilin təmin edilməsi üçün KOICA tərəfindən Nazirlik yanında Təhsil sisteminin İnformasiyalaşdırılması İdarəsinin Data Mərkəzinə server avadanlıqları verilib. Səfir Li Eun Yong çıxışının sonunda vurğuladı: “Bu gün biz Təhsil Nazirliyinin COVID-19-a qarşı mübarizə səylərinə fəal dəstək olmaq məqsədilə 875 planşet kompüterin hədiyyə edilməsi ilə bağlı tədbir keçirdik. Ümid edirik ki, bu müxtəlif dəstəklər müəllim və şagirdlərə birbaşa fayda verəcək, eyni zamanda kurrikulumun sabit işləməsi və öyrənmə imkanlarını təmin etmək üçün bir fürsət olacaq”.

 

Daha sonra nazir müavini Muxtar Məmmədov vurğulayıb ki, “Təqdim olunan avadanlıqlar pandemiya zamanı fasiləsiz təhsili dəstəkləyəcək, təlimin rəqəmsallaşdırılmasını təmin edəcək, və gələcəkdə tədrisin təminini sürətləndirəcək.”.

 

Tədbirin sonunda KOICA-nın Azərbaycan nümayəndəliyi ilə Təhsil Nazirliyi arasında təhvil-təslim sənədi imzalanıb.

 

Xatırladaq ki, layihənin protokolu 2017-ci ildə Azərbaycan və Koreya hökumətləri arasında imzalanıb. Bu günədək layihənin Master Planı təkmilləşdirilib, e-təhsil sisteminin qurulması, müəllimlər üçün potensialın artırılması proqramı yekunlaşıb və Nazirliyin Məlumat mərkəzi avadanlıqlarla təmin edilib. Elektron tədris məzmununun hazırlanması və Multimedia otağının dizaynı ilə bağlı işlər isə davam etməkdədir.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]