Dörd finalçımızdan yalnız Maqomedov Avropa çempionu ola bilib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Dörd finalçımızdan yalnız Maqomedov Avropa çempionu ola bilib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Dörd finalçımızdan yalnız Maqomedov Avropa çempionu ola bilib -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə keçirilən Avropa çempionatı davam edir. Martın 28-də sərbəst güləşçilərin çıxışı ilə startı verilən çempionatın ikinci günü yığmamızın aktivinə biri qızıl, üçü gümüş əyarlı olmaqla dörd medal yazılıb. Xəbər verdiyimiz kimi, AÇ-nın ilk günü mübarizəyə qatılan 5 təmsilçimizdən 4-ü uğurla mübarizə apararaq, finala yüksəlmişdi. Təəssüflər olsun ki, dörd finalşımızdan yalnız biri - 97 kq-da döşək üzərinə çıxan Maqomedxan Maqomedov həlledici finalı da yüksək səviyyədə keçirərək Avropa çempionu adını qazanıb və yığmamızın aktivinə ilk qızıl medalı yazdırıb. Finala qədər litvalı Lukas Krasauskası (12:2), gürcüstanlı Elzbar Odkadzeni (14:7), yarımfinalda isə polşalı Zbiqniev Mateuş Baqanovskini (6:4) məğlub edən gənc pəhləvanımız sonda isə ev sahibi Vladislav Baytsayevi (11:5) məğlubiyyətə uğradıb.

 

Finalların ən maraqlı qarşılaşmalarından biri azərbaycanlı güləşçi Hacı Əliyevlə (65 kq) yerli idmançı İsmail Musukayev arasında olub. Əslində çoxları görüşün favoriti hesab edılən Hacı Əliyevdən 4-cü dəfə Avropa çempionluğunu gözləyirdi. Amma hər şey əksinə olub. Üçqat dünya və Avropa çempionumuz yerli publikanın dəstəklədiyi rəqib qarşısında aciq qalıb. Bütün görüş ərzində cəmi bir xal qazanmağa müvəffəq olan Hacı rəqibə 12 xal qazanmaq imkanı verib. Bununla da 4 qat Avropa çempionluğu gözlənilən təcrübəli və titullu güləşçimiz AÇ-nın gümüş medalı ilə kifayətlənib.
Digər iki finalçımıza gəlincə, Əliabbas Rzazadə (57 kq) Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovla (6:8), Əşrəf Əşirovsa (79 kq) yunanıstanlı Qeorqios Kuqiomtsidislə (6:7) bacarmayıb, Nəticədə də hər iki güləşçimiz Avropanın ikincisi olub. Çempionatın ikinci günü finalçılarımızla yanaşı, daha bir güləşçimiz - Zirəddin Bayramov (70 kq) isə bolqarıstanlı Ramazan Ramazanovla bürünc medal uğrunda güləşib. Görüş rəqibin 11:7 hesablı qələbəsi ilə bitincə Bayramov çıxışını 5-ci yerdə başa vurub.

 

AÇ-nın dünənə təsadüf edən ikinci günü daha beş sərbəst güləşçimiz mübarizəyə qatılıb ki, onlardan da biri - Abubəkr Abakarov (86 kq) uğurla çıxış edərək finala yüksəlib. Ardıcıl olaraq, moldovalı Denis Balauranı 12:1, latviyalı İvars Samusonoksu 7:0 və polşalı Sebactyan Yejerjanskini 3:1 hesabla udan Abakarov bu gün həlledici finalda San-Marino təmsilçisi Mayls Aminlə qarşılaşacaq. Bu gün eyni zamanda Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq) bürünc medal uğrunda kiçik finala çıxacaq və bununla da sərbəst güləşçilərin yarışına yekun vurulacaq. Bu gün və sabah meydan zərif cinsdən olan güləşçilərin ixtiyarında olacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]