Aydın Süleymanlı liderliyi itirib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Aydın Süleymanlı liderliyi itirib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Aydın Süleymanlı liderliyi itirib -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Abdulla Qədimbəyli liderlər arasında

 

Sloveniyanın Terme Çatej şəhərində şahmat üzrə keçirilən fərdi Avropa çempionatı davam edir. 15 Azərbaycan şahmatçısı da daxil olmaqla 312 zəka sahibinin mübarizə apardığı çempionatda artıq ilk 3 tur geridə qalıb. Əvvəlki turlarla müqayisədə hesabat turunu şahmatçılarımız üçün heç də uğurlu hesab etmək olmaz. Beləki, 1-ci turda 8, 2-ci turda isə 9 qələbə qazanan şahmatçılarımız bu dəfə cəmi 3 qələbə, 9 heç-heçə və 3 məğlubiyyətlə yadda qalıblar. Qələbəni Qədir Hüseynov, Əhməd Əhmədzadə və Şahin Vəliyev qazanıb. Misrətdin İsgəndərov, Maqomed Muradlı, Eltac Səfərli, Abdulla Qədimbəyli, Nicat Abbasov, Vasif Durarbəyli, Riad Səmədov, Vüqar Əsədli və yeganə qadın təmsilçimiz olan Gövhər Beydullayevanın rəqiblə xal böldüyü bu hesabat turunda Aydın Süleymanlı, Murad İbrahimli və Toğrul Həsənzadə triosu isə məğlubiyyətlə üzləşib. Aydın Süleymanlının uduzması onun iki tutdan sonra ələ aldığı liderlik mövqeyini itirməsinə səbəb olub. Üç turdan sonra şahmatçılarımız arasında ən yaxşı göstərici hələlik 2,5 xalla 11-ci pillədə yer alan Abdulla Qədimbəyliyə məxsusdur. Bu gün AÇ-də 4-cü turun partiyaları oynanacaq.

Qeyd edək ki, bu çempionatda ilk 20 yeri tutan şahmatçı Dünya Kubokunda iştirak etmək hüququ qazanmış olacaq.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]