LƏNKƏRANDA 31 MART SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILIB – (AZpress.AZ, Ağaddin Babayev +FOTO=13)

LƏNKƏRANDA 31 MART SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILIB – (AZpress.AZ, Ağaddin Babayev +FOTO=13)

LƏNKƏRANDA 31 MART SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILIB – (AZpress.AZ, Ağaddin Babayev +FOTO=13)

 

31 Mart – azərbaycanlıların soyqırımı günü Lənkəranda da dərin hüznlə qeyd olunub.

 

Səhər saatlarından yüzlərlə rayon sakini soyqırım zamanı qətlə yetirilən azərbaycanlıların xatirəsini yad etmək üçün şəhərin mərkəzində soyqırım qurbanlarının xatirəsinə salınan parkdakı abidə-kompleksinin qarşısına toplaşıb.

 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoyub, hadisələrdə günahsız olaraq qətlə yetirilən minlərlə azərbaycanlının xatirəsini dərin hüznlə yad edib.

 

Daha sonra rayonun hüquq-mühafizə orqanlarının, yerli icra strukturlarının, idarə və müəssisələrin rəhbərləri, pedaqoji kollektivlər, hərbi hissələrin əsgərləri və ictimaiyyətin nümayəndələri növbə ilə abidə qarşısına gələrək buraya qərənfil düzüblər.

 

Mərasimdən sonra İcra başçısı və tədbir iştirakçıları Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” tamaşasını seyr ediblər. Teatrın baş rejissoru Anar Babalının müəllifi olduğu və quruluş verdiyi bu səhnə əsəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində hazırlanıb. Vətən müharibəsində 44 gün ərzində qazanılmış zəfərimizin qəhrəmanlıq dastanı kimi təqdim olunduğu tamaşada birinci və ikinci Qarabağ müharibəsində baş verən hadisələr, xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaətlər obrazlı şəkildə əksini tapıb.

 

Tamaşada həmçinin müharibələrin xalqların taleyində, gündəlik həyat və məişətində yaratdığı çətinliklərdən, ağrı-acılardan da bəhs olunur. Amma bütün bunlara baxmayaraq Müzəffər Ordumuz özünün yüksək əhval-ruhiyyəsi ilə əzmkarlıq nümayiş etdirərək 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızı cəmi 44 gün müddətində düşmən tapdağından xilas edərək üzərinə düşən missiyanın öhdəsindən ləyaqətlə gəlməyi bacarır.

 

Dəfələrlə sürəkli alqışlarla qarşılanan tamaşanın quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları teatrın gənc aktyorlarından Sayad Əliyev, Emil Rzayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbaszadə ifa ediblər.

 

Qeyd edək ki, Lənkəran 1918-ci ilin mart-aprel hadisələri zamanı erməni daşnaklarının təcavüzünə daha çox məruz qalan bölgələrdəndir. Həmin dövrdə Lənkəran şəhərində, rayonun Mamusta, Yuxarı Nüvədi, Vilvan, Veravul, Girdəni, Cil, Osaküçə, Darquba, Gərmətük və Sütəmurdov və digər kəndlərində kütləvi qətliamlar törədilib. Ümumilikdə Lənkəran və ətraf rayonlarda 40-dək yaşayış məntəqəsi yandırılmaqla yerlə-yeksan olunub, 2000-dən çox dinc sakin qətlə yetirilib.

Ağaddin BABAYEV

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]