Tatami ustalarımız Antalyada "Böyük Dəbilqə" turnirinə qatılacaqlar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Tatami ustalarımız Antalyada "Böyük Dəbilqə" turnirinə qatılacaqlar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Tatami ustalarımız Antalyada "Böyük Dəbilqə" turnirinə qatılacaqlar -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Aprelin 1-dən 3-dək Türkiyənin Antalya şəhərində kişi və qadın cüdoşular arasında növbəti "Böyük Dəbilqə" turniri keçiriləck. İki gün davam edəcək turnirdə Azərbaycan da daxil olmaqla, 63 ölkədən 525 (312 kişi, 213 qadın) cüdoçu medallar və reytinq xalları uğrunda mübarizə aparacaq. Ölkəmiz turnirdə 4-ü qadın olmaqla 17 tatami ustası ilə təmsil olunacaq. Bu 17 nəfərlik heyətdə kişilərdən Turan Bayramov, Rövşən Əliyev (hər ikisi 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi 73 kq), Murad Fətyiyev, Elcan Hacıyev (hər ikisi 81 kq), Rüfət İsmayılov (90 kq), Zəlim Kotsayev, Yelmar Qasımov (hər ikisi 100 kq), Uşanqi Kokuari və İmran Yusifov (hər ikisi +100 kq), qadınlardansa Leyla Əliyeva. Şəfəq Qədimova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Günel Həsənli (70 kq) yer alıb.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]