"Klassiklər" mübarizəyə başlayır -İNTİQAM təqdim edir (AZpress.AZ)

"Klassiklər" mübarizəyə başlayır -İNTİQAM təqdim edir (AZpress.AZ)

"Klassiklər" mübarizəyə başlayır -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Martın 28-də Macarıstanın paytaxtı Budapeştdə sərbəst güləşçilərin çıxışı ilə startı verilən Avropa çempionatı davam edir. Bu gün isə yunan-Romaçılar ("klassiklər") mübarizəyə başlayırlar. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, "klassiklər"in yarışının ilk günü 5 təmsilçimiz döşək üzərinə çıxacaq. Bu beşliyə eks Avropa çempionu Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq), sabiq Avropa çempionu Sənan Süleymanov (7 kq), İslam Abbasov (87 kq) və ən ağırımız olan Beka Kandelaki daxildir.

 

Xatırladaq ki, çempionatın ilk 3 günü döşək üzərinə çıxan sərbəst güləş üzrə yığmamız 7 (1-4-2) medal və 159 xalla Avropanın birincisi olub. Sərbəst güləşçilərdən sonra meydana girən qadınlarımıza gəlincə, zəriflərimizdən yalnız Elis Manolova uğurla çıxış edərək adını finalçılar sırasına yazdırıb. Manolva finala çıxmaqla, ən pis halda çempionatın gümüş medalını özünə təmin edib. Onun final qarşılaşması bu gün axşam saatlarında baş tutacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]