Yayım Assosiasiyası növbəti tədbirini Lənkəran Peşə Liseyində keçirib -(AZpress.AZ, Lənkəran, Ağaddin Babayev + FOTO=17)

“Yayım Assosiasiyası” növbəti tədbirini Lənkəran Peşə Liseyində keçirib -(AZpress.AZ, Lənkəran, Ağaddin Babayev + FOTO=17)

“Yayım Assosiasiyası” növbəti tədbirini Lənkəran Peşə Liseyində keçirib-(AZpress.AZ, Lənkəran, Ağaddin Babayev + FOTO=17) 

 

Aprelin 1-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Cənub bölgəsində yazarların tanıtımı və gənclərin oxu vərdişinin artırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində növbəti tədbir Lənkəran Peşə Liseyində keçirilib.

 

AZpress.AZ xəbər verir ki, bölgənin tanınmış yazıçı və şairlərin, fəal oxucuların və Peşə Liseyi tələbələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Lənkəran Peşə Liseyinin direktoru Afər Həmidoğlu keçirilən görüşün əhəmiyyətindən və oxucuların mütaliə mədəniyyətinin formalaşması üçün söz-sənət sahiblərinin öhdəsinə düşən vəzifələrdən danışıb.

 

Daha sonra çıxış edən “Yayım Assosiasiyası” İctimai Birliyinin sədri, “Cənub bölgəsində yazarların tanıtımı və gənclərin oxu vərdişinin artırılması ilə bağlı tədbirlərin təşkili” layihəsinin rəhbəri Yaşar Zeynalov həyata keçirilən layihənin mahiyyəti, qaldırılan problemin həlli istiqamətində gənc nəslin rolu barədə məlumat verib.

 

Layihə rəhbərinin sözlərinə görə, aqillər kitabı bilik, zəka, idrak mənbəyi, kamillik vasitəsi hesab edirlər. Çünki insanlar ən yüksək keyfiyyətləri, əsl təhsili yalnız mütaliə sayəsində qazanırlar. Kitab oxumaq insanın ruhunu qidalandıran, daxilindəki mənəvi boşluğu dolduran çox əhəmiyyətli bir vasitədir. Bütün istiqamətlərdə inkişafın ancaq elmi əsaslarla mümkün olduğu müasir dövrdə cəmiyyətimizdə mütaliə mədəniyyətinin inkişafı xüsusilə əhəmiyyət kəsb edir.

 

Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin sədri, yazıçı Qafar Cəfərov “Yayım Assosiasiyası”nın cənub bölgəsində oxucularla yazarların görüşlərinin keçirilməsi təşəbbüsünü dəstəklədiyini və rəhbərlik etdiyi təşkilatın məmnuniyyətlə bu layihəyə qatıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, cənub bölgəsində imzası ilə bütün respublikada tanınan, yazdıqları dəyərli əsərlərlə oxucuların rəğbətini qazanan onlarla şair və yazıçı yaşayıb-yaradır. Kitab və mütaliənin təbliğinin hazırki dövrdə xüsusi əhəmiyyət kəsb edən məsələlərdən olduğunu dilə gətirən Q.Cəfərli bu məsələnin təkcə gənclərin deyil, ümumilikdə bütün cəmiyyətin və eləcə də dövlətimizin gələcəyi ilə bağlı olduğunu bildirib.

 

Daha sonra çıxış edən şair və yazıçılardan Xatirə Xatun, Ziyafət Yəhya, Ağamir Cavad, İdrak Dadaşov, Əhməd Haqsevər, Salman Məmmədoğlu, Ziya Dilsuz, Ağaddin Babayev və digərləri Lənkəram Peşə Liseyi Məktəbi tələbələrinin Vətənə olan sevginin müqəddəsliyini dərindən anlayacaqlarına, Vətən və xalq naminə çalışacaqlarına, cəmiyyətə yararlı bir fərd kimi ölkəmizin inkişafında iştirak edəcəklərinə, müstəqil bir dövlətdə yaşamağın əhəmiyyətini dərk edəcəklərinə əminliyini ifadə ediblər.

 

Görüşün sonunda iştirakçılara “Yayım Assosiasiyası” tərəfindən dəftər-qələm və müxtəlif yazıçı-şairlərin kitabları hədiyyə olunub.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]