"Araz"la "Neftçi" rəqibini darmadağın edib -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
"Araz"la "Neftçi" rəqibini darmadağın edib -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu gün futzal üzrə Azərbaycan Superliqasında sayca 17-ci turun oyunları keçirilib. "Olimpik Star"da keçirilən turda nəzərdə tutulan 4 oyundan üçü baş tutub. Tura "Neftçi" - "Alyans" matçı ilə start verilib. Qarşılaşma gözlənildiyi kimi cütün favoriti hesab edilən "Neftçi"nin darmadağın hesablı qələbəsi ilə başa çatıb. Beləki "Neftçi"nin vurduğu 20 qola qarşı rəqib yalnız bir təsəlli qolu vura bilib - 20:1. Bundan sonra meydan "Rekord klub"la "Baku Fayr"ın ixtiyarına verilib. Bu qarşılaşmada isə "Baku Fayr" qalib gəlib - 7:4. Tura U-19-la (Azərbaycan yığması) "Araz Naxçıvan" qarşılaşması ilə yekun vurulub. Bu oyunda da sensasiya baş verməyib. Çempionata şəriksiz liderlik edən "Araz" rəqibini darmadağın edib - 10:2. Turda yalnız "Xilya" - EKOL matçı baş tutmayıb.
Komandaların turnir cədvəli: Araza – 49 xal, EKOL– 36, Neftçi, Baku Fayr - hərəyə 34, Rekord klub – 15, U-19 – 13, Alyans – 12, Xilya – 6.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

