Abdulla Qədimbəyli AÇ-da ikinci pilləyə yüksəlib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Abdulla Qədimbəyli AÇ-da ikinci pilləyə yüksəlib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Abdulla Qədimbəyli AÇ-da ikinci pilləyə yüksəlib -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Şahmatçılarımız turu 7 qələbə, 7 heç-heçə və 1 məğlubiyyətlə bitirib

 

Sloveniyanın Terme Çatej şəhərində kişi şahmatçılar arasında keçirilən şəxsi Avropa çempionatı davam edir. 15 azərbaycanlı şahmatçı da daxil olmaqla 312 zəka sahibinin mübarizə apardığı çempionatda 9-cu turun partiyaları keçirilib. Hesabat turunu Azərbaycan şahmatçıları üçün uğurlu hesab etmək olar. Beləki turda 15 təşmsilçimizdən 7-si qalib gəlib, 7-si rəqiblə sülh bağladığı halda yalnız 1-i məğlubiyyətlə üzləşib. Turun diqqətçəkən məqamlarından biri Abdulla Qədimbəylinin çexiyalı David Navaranı məğlub etməsi və bunun sayəsində yarış cədvəlinin ikinci pilləsinə qalxmasıdır. Qədimbəyli ilə yanaşı, Nicat Abbasov, Vasif Durarbəyli, Murad İbrahimli, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Əhməd Əhmədzadə də turu qələbəylə başa vurub. Qədir Hüseynov, Eltac Səfərli, Vüqar Əsədli, Riyad Səmədov, Toğrul Həsənzadə və yarışa qatılan yeganə qadın təmsilçimiz Gövhər Beydullayeva isə hesabat turunu xal bölgüsü ilə bitirib. Şahmatçılarımızadan yalnız Şahin Vəliyev məğlubiyyətlə üzləşib.

 

Qeyd edək ki, geridə qalan 9 turdan sonra Mattias Blyubaumun (Almaniya) 7,5 xalla liderlik etdiyi yarış cədvəlində həmyerlilərimizdən Abdulla Qədimbəyli (7 xal) 2-ci, hərəyə 6,5 xal toplayan Misrətdin İsgəndərovla Qədir Hüseynov isə müvafiq olaraq, 5 və 7-ci pillədədir.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]