Masallılı paralimpiyaçı Xorvatiyada qızıl medal qazanıb (AZpressAZ -Akif Ağayev +FOTO=3)

Masallılı paralimpiyaçı Xorvatiyada qızıl medal qazanıb (AZpressAZ -Akif Ağayev +FOTO=3)

Masallılı paralimpiyaçı Xorvatiyada qızıl medal qazanıb (AZpressAZ -Akif Ağayev +FOTO=3)

 

Üç paralimpiyaçımız XVII Yay Paralimpiya Oyunlarına ilk reytinq xallarını qazanıblar

 

 

Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatına (02-08 aprel 2022-ci il) millimiz 2 kateqoriyada (Sona Ağayeva, Orxan Kərimli BC-2, Bəhruz Mirzəyev, Zaur Veysəlov BC-4) 4 idmançı ilə qatılıb.

 

Açıq-regional çempionatında ilk oyunundan uğurlu start götürən idmaçılarımızın üçü Vətənə medalla dönür.

 

Finalda Mirzəyev ukraynalı Artyom Kolinkodan, Ağayeva isə portuqaliyalı Ana Korreyadan üstün olublar.

 

Yekun nəticəyə əsasən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının üzvləri Bəhruz Mirzəyev və Sona Ağayeva Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında qızıl, digər idmançımız Orxan Kərimov isə yarışın bürünc medalına sahib olublar.

 

Qeyd edək ki, hər üç mükafatçı paralimpiyaçımız Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına ilk reytinq xallarını qazanıblar.

 

 

Məlumat üçün bildirək ki, Bəhruz Şakir oğlu Mirzəyev 8 aprel 1988-ci ildə Viləş kəndində anadan olub. Seyran Hacıyev adına Viləş kənd tam orta məktəbini bitirib. Boccia İdman Federasiyasına 2018-ci ilin martından – Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şəxsi dəstəyilə yaradılan vaxtdan qoşulub. 3 dəfə ölkə birinciliyində iştirak edən bocciaçı ikiqat Azərbaycan çempionu tituluna yiyələnib. Belarusun paytaxtı Minskdə təlim-məşqlərdə iştirak edib. İspaniyanın Madrid şəhərində keçirilən açıq regional çempionatda 12 ölkə arasında Macarıstan, İspaniya və Fransa təmsilçilərini – 20 illik təcrübəyə malik oyunçuları məğlub edib. Azərbaycanda keçirilən Türkiyənin milli komandası ilə yoldaşlıq görüşündə (28 dekabr 2017-ci il ) 3-cü yerin sahibi olub. İtaliyanın Olbiya şəhərində 15 Avropa komandası arasında təşkil olunan yarışlarda, açıq regional turnirdə Bəhruz qızıl, millimiz isə komanda yarışında bürünc medala layiq görülüb.

 

Boccia üzrə İtaliyada keçirilən beynəlxalq səviyyəli açıq regional turnirdə (21-28 oktyabr 2018-ci il) BC 4 kateqoriyasında ölkəmizə qızıl medal qazanıb. Beləliklə, boccia üzrə Paralimpiya millimizin beynəlxalq yarışda qazandığı bu möhtəşəm zəfərlə B.Mirzəyev İtaliyada tarix yazıb.
Tel-Əviv şəhərində keçirilən İsrail açıq çempionatında (18-23 dekabr 2018-ci il) da Bəhruz qızıl medala qazanıb.
2018-ci ildə Bəhruz Mirzəyev boccia idman növü üzrə ilin ən yaxşı paralimpiyaçısı adına layiq görülüb.

 

Akif AĞAYEV,

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]