Məmmədyarovla Rəcəbov "Norway Chess" turnirində oynayacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarovla Rəcəbov "Norway Chess" turnirində oynayacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarovla Rəcəbov "Norway Chess" turnirində oynayacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Mayın 31-dən iyunun 10-dək Norveçin Stavanqer şəhərində şahmat üzrə ənənəvi "Norway Chess" beynəlxalq turnir keçiriləcək. Sayca 10-cu olan bu yubiley turnirdə Azərbaycan şahmatının hazırki liderləri - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da iştirak edəcək. Dairəvi sistem üzrə keçirilməsi nəzərdə tutulan turnirdə Azərbaycan şahmatçıları ilə yanaşı, hazırki dünya çempionu və turnirin ev sahibi Maqnuas Karlsen, FİDE Qran-Prisinin Berlində (Almaniya) keçirilən 3-cü mərhələsinin qalibi Uesli So (ABŞ), macar Rixard Rapport, Aniş Qiri (Hollandiya), hindistanlı Vişi Anand, Maksim Vaşye-Laqrav (Fransa), bolqarıstanlı Veselin Topalov və Çin təmsilçisi Van Xao mübarizə aparacaq.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]