Paralimpiyaçılarımız Xorvatiyada iki qızıl, bir gümüş medal qazanıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Paralimpiyaçılarımız Xorvatiyada iki qızıl, bir gümüş medal qazanıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Paralimpiyaçılarımız Xorvatiyada iki qızıl, bir gümüş medal qazanıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Xorvatiyanın Zaqreb şəhərində paralimpiyaçılar arasında boccia idman növü üzrə “Intercontinental Challenger” turniri keçirilib. Paralimpiya-2024-ə reytinq xalı verən bu turnirdə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının üzvləri - Bəhruz Mirzəyev (BC-4) Orxan Kərimov (BC-2) və Sona Ağayeva (BC-2) da iştirak edib. Maraqlıdır ki, turnir hər üç təmsilçimiz üçün uğurlu olub. Triomuzdan Bəhruz Mirzəyevlə Sona Ağayeva turnirin qalibi olaraq, qızıl, Orxan Kərimov isə bürünc medal qazanıb.

Xatırladaq ki, həlledici finalda Bəhruz Mirzəyev ukraynalı Artem Kolinkodan, Sona Ağayeva isə portuqaliyalı Ana Correiadan güclü olub.

Orxan Kərimova gəlincə o, bürünc medal uğrunda çexiyalı Josef Zabkanı məğlub edib.

 

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]