"Araz" oynamadan qalib gəlib, "Neftçi" isə EKOL-la arasındakı xal fərqini azaldıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

"Araz" oynamadan qalib gəlib, "Neftçi" isə EKOL-la arasındakı xal fərqini azaldıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 "Araz" oynamadan qalib gəlib, "Neftçi" isə EKOL-la arasındakı xal fərqini azaldıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Bu gün futzal üzrə Azərbaycan çempionatının yüksək liqasında sayca 18-ci turun oyunları keçirilib. Bakı İdman Sarayında keçirilən turda nəzərdə tutulan 4 oyundan 3-ü baş tutub. Qeyd edək ki, çempionata şəriksiz liderlik edən "Araz Naxçıvan" klubunun oynamadan qalib gəldiyi (texniki qələbə 5:0) turda maraqlı oyunlardan biri turnir cədvəlində ikinci yeri tutan EKOL-la "Baku Fayr" klubu arasında olub. Görüşdə qalib aşkar edilməyib - 3:3. EKOL-un xal itirdiyi turda onun ən yaxın izləyicisi olan "Neftçi" fürsəti qaçırmayıb. "Ağ-qaralar" hesabat turunda "Rekord klubu" 5:1 hesabla məğlub etməklə "EKOL-la rasında olan xal fərqini azaldıb. Turun daha bir matçında isə U-19 "Alyans"ı üstələyib - 8:4.

 

Yarış cədvəlində vəziyyət belədir: Araz Naxçıvan – 52 xal, EKOL- 40, Neftçi – 37, Baku Fayr - 35, U-19 – 16, Rekord klub – 15, Alyans – 12, Xilya – 6.

 

Qeyd: "Xilya" klubu bundan sonra meydana çıxmayacaq. Hər turda onun rəqibinə texniki qələbə veriləcək.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]