"Neftçi" MOİK-i tay-brekdə, "Murov"sa "Ekspress"i əsas hissədə məğlub edib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Bu gün "Murov" voleybol klubunun Biləcəri qəsəbəsində yerləşən idman zalında kişi voleybol klublarının mübarizə apadığı Azərbaycan Superliqasında növbəti turun oyunları keçirilib. Sayca 16-cı olan bu hesabat turunun məkəzi oyunu "Neftçi" ilə MOİK arasında olub. Maraqlı və gərgin mübarizə şəraitində keçən və tay-brekə gedən bu dramatik qarşılaşma sonda "Neftçi"nin qələbəsi ilə başa çatıb - 3:2 (23:25, 25:21, 25:22, 22:25, 15:9).

Günün və turun ikinci matçında isə "Murov" çətinlik çəkmədən "Ekspress"i məğlub edib - 0:3 (12:25, 22:25, 12:25).

Turnir cədvəlində vəziyyət belədir: Murov – 35 xal (setlərin fərqi37-7), Neftçi – 30 (33-10), MOİK – 23 (25-20), Ekspress – 6 (7-33), Sərhədçi – 3 (5-34).

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]