Gimnastlarımız Praqadan 7 medalla dönüblər -İNTİQAM təqdim edir (AZpress.AZ)

Gimnastlarımız Praqadan 7 medalla dönüblər -İNTİQAM təqdim edir (AZpress.AZ)

Gimnastlarımız Praqadan 7 medalla dönüblər -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Çexiyanın paytaxtı Praqa şəhərində gimnastikanın aerobika növü üzrə açıq beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycan aerobikaçıları da öz bacarıqlarını nümayiş etdiriblər. Uğurla çıxış edən təmsilçilərimiz 4 qızıl, 2 gümüş, 1 bürünc medal əldə ediblər. Azərbaycan Gimnastika Federasiyasından aldığımız məlumata görə, idmançılarımızdan Məryəm Topçubaşova (12-14 yaşlılar arasında) və Dilarə Qurbanova (15-17 yaşlılar arasında) fərdi proqramda bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Dilarə Qurbanova, Sara Əlixanlı və Sənəm Kazımovadan ibarət üçlüyümüz (15-17 yaşlılar arasında) və Arzu Ağayeva, Sara Əlixanlı, Leyla Bejanova, Dilarə Qurbanova, Sənəm Kazımovadan ibarət beşliyimiz də (15-17 yaşlılar arasında) fəxri kürsünün birinci pilləsində qərarlaşıb.

 

Komandamızın digər təmsilçisi Vladimir Dolmatov fböyüklər arasında fərdi növdə, Mədinə Mustafayeva, Xoşqədəm Quliyeva və Vladimir Dolmatovadan ibarət triomuz isə üçlük proqrqamında ikinci olmaqla gümüş deal qazanıb. Vladimir Dolmatov və Mədinə Mustafayeva cütlüyü həm də qarışıq cütlük proqramında bürünc medala layiq görülüb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]