Dadaş Dadaşbəyli Azərbaycan çempionatında 3 rekorda imza atıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Dadaş Dadaşbəyli Azərbaycan çempionatında 3 rekorda imza atıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Dadaş Dadaşbəyli Azərbaycan çempionatında 3 rekorda imza atıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Aprelin 9-dan 10-dək Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı keçirilib. Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi ikigünlük bu yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayıb. Yarışın ilk günü zərif cinsdən olan atletlər körpücük üzərinə çıxaraq güclərini nümayiş etdiriblər. İkinci gün isə meydan qoluzorlu kişilərin ixtiyarına verilib. Çempionatının zirvə məqamı 109 kq çəki dərəcəsində yaşanıb. Bu çəkidə çıxış edənn Dadaş Dadaşbəyli birdən-birə 3 (üç) Azərbaycan rekordunu təzələyərək tarixi nəticəyə imza atıb. Atlet birdən qaldırma hərəkətində 170 kq-ın öhdəsindən gəlib və hazırkı Azərbaycan rekordu – 165 kq-ı 5 kq üstələyib. Dadaşbəyli təkanla qaldırma hərəkətində də rekord qırıb. 203 kq-ı başı üzərinə qaldıran qobustanlı atlet, Azərbaycan rekordu olan 202 kq-ı 1 kq təzələyib. Bununla yanaşı, iki hırıkətin cəmində 373 kq (170+203) nəticəya nail olan Dadaş Dadaşbəyli bu günə qədər mövcud olan rekordu – 367 kq-ı 6 kq yeniləyib.

 

Digər çəki dərəcələrinə gəlincə, 55 kq çəkidə toplam 179 kq (82+97) çəkinin öhdəsindən gələn Hacıağa Məmmədov qızıl medala layiq görülüb. Bu çəkidə toplam 167 kq (80+97) nəticə olə Dəniz Cabbarlı ikinci, 165 kq (80+85) göstərici ilə Ramiz Kərimov isə üçüncü pillədə qərarlaşıblar.

 

61 kq-da toplam 250 kq (115+135) çəkinin öhdəsindən gələn Tehran Məmmədov qızıl medala sahib çıxıb. İki hərəkətin cəmində 226 kq (101+125) nəticə ilə Rüstəm Qasımov ikinci, 222 kq (97+125) ağırlığı ram edən Qasım İsmayılovsa üçüncü yeri tutub.

 

67 kq çəkidə 270 kq (125+145) çəkini başı üzərinə qaldıran İsa Rüstəmov qızıl medala sahib çıxıb. Həmin çəkidə toplam 260 kq (115+145) nəticə ilə Ravin Alməmmədov ikinci, toplam 223 kq (100+123) nəticə ilə Rəhim Kazımov üçüncü yeri tutublar.

 

73 kq-a qədər olan idmançılar arasında toplam 297 kq (135+162) çəkinin öhdəsindən gələn Paşa İbrahimli qızıl medala layiq görülüb. 286 kq (126+160) nəticə ilə Nurlan Məmmədzadə ikinci, 285 kq (130+155) nəticə ilə Ömər Cavadov üçüncü yeri tutublar.

 

81 kq-da qalib adını iki hərəkətin cəmində 297 kq (131+166) çəkinin öhdəsindən gələn Elşad Şərifov qazanıb. Toplam 295 kq (135+160) nəticə ilə Kənan Əliquliyev ikinci, toplam 267 kq (120+147) nəticə ilə Füqan Əliyev üçüncü yeri tutublar.

 

89 kq çəki dərəcəsində birinci yeri Kamran İsmayılov (iki hərəkətin cəmində 292 kq), 96 kq-da Nailxan Nəbiyev (315 kq), 102 kq-da isə 302 kq nəticəylə Əli Şükürlü, +109 kq çəkidə isə Rəhman Kazımov (308 kq) tutub.

 

Qeyd: Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]