Nazir Fərid Qayıbov bölgələrdə görüş keçirib (AZpress.AZ, N.Dilavər, +FOTO=12)

Nazir Fərid Qayıbov bölgələrdə görüş keçirib (AZpress.AZ, N.Dilavər, +FOTO=12)

Nazir Fərid Qayıbov bölgələrdə görüş keçirib (AZpress.AZ, N.Dilavər, +FOTO=12)

 

Gənclər və idman naziri Fərid Qayıbov aprelin 9-da Sabirabad, Tərtər, Bərdə, Saatlı, Yevlax, İmişli rayonları, Naftalan və Şirvan şəhərlərinin fəal gəncləri ilə görüş keçirib.

 

Saatlı Gənclər Evində keçirilən toplantıda qeyd edilən rayonların gənclər və idman idarələrinin, müxtəlif gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

 

Görüşdə Fərid Qayıbov hər rayonda gənclər sahəsində görülən işlər barədə məlumatları ayrı-ayrılıqda dinləyib.

 

Regionda yaşayan gənclərin ictimai fəallığının daha da artırılması, yeni ideyaların həyata keçirilməsi və digər məsələlər barədə müzakirələr aparılıb.

 

Görüşdə nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və nazirliyin məsul şəxsləri iştirak ediblər.

#Gənclərİdman

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]