Daşkənddə Özbəkistan və Azərbaycan dəmir yolları qurumları rəhbərlərinin görüşü olub

Daşkənddə Özbəkistan və Azərbaycan dəmir yolları qurumları rəhbərlərinin görüşü olub

Görüşdə “Özbəkistan Dəmir Yolları” SC ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında ikitərəfli əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib. Tərəflər “Asiya-Sakit okean ölkələri – Çin – Qırğızıstan – Özbəkistan – Türkmənistan – Azərbaycan – Gürcüstan – Türkiyə – Avropa” beynəlxalq multimodal marşrutunun inkişafı üzrə aparılan səmərəli və faydalı fəaliyyətə diqqət çəkərək, iki ölkənin dəmir yolları qurumları arasında texniki və texnoloji yardım məsələlərini də nəzərdən keçiriblər.


Bura infrastrukturun və hərəkət tərkibinin saxlanılması, təmiri üçün texniki və texnoloji yardımın göstərilməsi, Azərbaycan və Özbəkistan ərazisindən həyata keçirilən yükdaşımaların həcminin artırılması daxildir. Görüş iştirakçıları mövcud vəziyyətlə əlaqədar beynəlxalq və multimodal nəqliyyat dəhlizlərinin qarşılıqlı fəaliyyətinin davam etdirilməsinin zəruriliyini vurğulayıblar.


Bildirilib ki, tərəflərin əlaqələndirilmiş və qarşılıqlı fəaliyyəti yükdaşımaların canlanması və həcminin artırılmasına, konteyner qatarlarının keçidinin sürətləndirilməsinə və kombinə edilmiş yükdaşımaların təşkilinə imkan yaradır.


Tədbir çərçivəsində daşıma həcminin artırılması, eləcə də ikitərəfli məsələlərin həlli məqsədilə dəmir yolu rəhbərlərinin başçılıq etdiyi İşçi qrup yaradılıb.Tərəflər İşçi qrupun növbəti iclasının aprelin sonunda Bakıda keçirilməsi barədə razılığa gəliblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]