Tanınmış rəssam Vüsal Məmmədovun xatirəsinə həsr olunmuş sərgi açıldı (AZpress.AZ, İ.Rüstəm, +FOTO=48)

Tanınmış rəssam Vüsal Məmmədovun xatirəsinə həsr olunmuş sərgi açıldı (AZpress.AZ, İ.Rüstəm, +FOTO=48)

Tanınmış rəssam Vüsal Məmmədovun xatirəsinə həsr olunmuş sərgi açıldı (AZpress.AZ, İ.Rüstəm, +FOTO=48)

 

13 Aprel El Art Studioda Elnurə və Aygün İsgəndərovaların layihə rəhbəri və təşkilatçısı olduqları Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam , həkim- stomotoloq Vüsal Akif oğlu Məmmədovun əziz xatirəsinə həsr olunmuş ilk fərdi yaradıcılıq sərgisi açıldı. Sərgidə rəssamın müəllifi olduğu 40-a yaxın müxtəlif mövzularda olan rəsm əsərləri və dahi şəxsiyyətlərin portretləri nümayiş olunurdu. Tamaşaçıların xüsusi diqqətini çəkən 44 günlük Vətən Müharibəsinə həsr olunmuş Vüsalın çəkdiyi amma təəssüf ki, yarımçıq qalmış Xarıbülbül kampazisiyası oldu. Xatırladaq ki, Vüsal Məmmədov 1986-cı ildə anadan olub, 2021 -ci ildə dünyasın dəyişib. Sərgidə rəssamın ailə üzvləri , qohumları , həkim və rəssam dostları , media nümayəndələri iştirak edirdilər. Sərgiyə gələn qonaqlar Vüsal Məmmədov haqqında xatirələrindən danışdılar. Onun gözəl ailə başçısı, dost , həmkar , gözəl mütəxəssis olduğunu bildirdilər. Sevindirici hal odur ki , Vüsal Məmmədovun 12 yaşlı qızı Aygül Məmmədova rəssamın yolunun davamçısı olacaq. Sənət yollarında balaca rəssama uğurlar arzulayırıq.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]