SİRLİ ABİDƏLƏR (AZpressAZ -Akif Ağayev +FOTO=4)

“SİRLİ ABİDƏLƏR” (AZpressAZ -Akif Ağayev +FOTO=4)

“SİRLİ ABİDƏLƏR” (AZpressAZ -Akif Ağayev +FOTO=4)

 

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

 

Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar “Sirli abidələr” adlı tədbir keçirilib.

 

Tədbirdə adıçəkilən müəssisələrin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin üzvləri iştirak ediblər.

 

İlk öncə, Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva bildirib ki, tarixi abidələrin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva böyük işlər həyata keçirirlər. Ölkə başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası üzrə bir sıra layihələr icra olunur. O deyib ki, Azərbaycan qlobal miqyasda özünün zəngin maddi-mənəvi mədəniyyət sərvətləri ilə tanınır

 

Muzeyin əməkdaşı Çingiz Qurbanov “Sirli abidələr” adlı məruzəsində ölkəmizin dünya və ölkə əhəmiyyətli tarix-mədəniyyət abidələri haqqında geniş məlumat verib.

 

Sonra işğaldan azad olunmuş ərazilərdəki mədəniyyət obyektlərinin monitorinqi, ilkin inventarlaşması və mühafizə tədbirləri barədə söz açan adıçəkilən Dövlət Agentliyinin əməkdaşı Samir Mirzəyev qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin mühüm istiqamətini dağıntılara məruz qalmış tarix-memarlıq komplekslərinin bərpa və konservasiyası, bölgədəki bütün abidələrin aşkar edilərək qeydiyyata alınması təşkil edir.

 

Qalereyanın direktoru vəzifəsini icra edən Təhmasib Məcidov diqqətə çatdırıb ki, abidələrin və tarixi yerlərin dağıdılması xalqın varlığının məhvinə hesablanmış vandalizm aktıdır.

 

Əlavə edilib ki, mədəniyyət işçiləri olaraq tarixi irsimizi, mədəni dəyərlərimizi gənc nəslə sevdirmək, şagird və tələbələrin bu sahəyə aid bilgilərini artırmaq üzərimizə düşən məsul vəzifədir.

 

Akif AĞAYEV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]