Bakıda ilk şaquli qaçış yarışı təşkil olunub (AZpress.AZ, N.Dilavər, +FOTO=30)
Bu xəbəri paylaş
Bakıda ilk şaquli qaçış yarışı təşkil olunub (AZpress.AZ, N.Dilavər, +FOTO=30)
Bakıda ilk şaquli qaçış yarışı təşkil olunub. Hündürmərtəbəli tikililərdə qaçmağı əhatə edən bir idman növündə yarışlar əsasən göydələnlərin daxili pilləkənlərində keçirilir.
“Çinar Plaza"da keçirilən turnir “Triterra” klub və Azərbaycan Triatlon Federasiyasının təşkilatçılığı ilə baş tutub.
Yarışda 23 iştirakçı mübarizə aparıb. Onlar 32 mərtəbə, 660 pilləkənlə 122 metr yüksəkliyə qalxaraq yarışıblar.
Kişilər arasında Cəlal Süleymanov (3 dəqiqə 52 saniyə) qalib gəlib. Denis Karçaşkin ikinci (4.40), Aleksandr Dorofeyev (5.05) isə üçüncü yeri tutublar.
Qadınların mübarizəsində isə ilk üç yeri müvafiq olaraq, Marina Belan (5.29) Rəbiyyə Orucova (5.43), Natalya Mordasova (6.40) tutublar.
Qaliblərin mükafatlandırılma mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
#Gənclərİdman
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)





























