Azərbaycanlı boksçu Kənan Babayev Avropa çempionu olub -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Azərbaycanlı boksçu Kənan Babayev Avropa çempionu olub -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçirilən və Azərbaycan boksçularının da qatıldığı Avropa birinciliyinə bu gün həlledici final döyüşləri ilə yekun vurulub. 40 ölkəni təmsil edən 400-dək boksçu arasında 13 təmsilçimiz mübarizə aparıb. Baş məşqçi Elburus Rzayevin rəhbərliyi altında birinciliyə qatılan boksçularımızdan ikisi - Kənan Babayev (48 kq) və Amin Məmmədzadə (51 kq) daha yaxşı döyüşərək çirinciliyin mükafatçılarə arasında yer alıb. Bütün döyüşlərini qələbə ilə başa vuran Babayev Avropa çempiono oaraq, qızıl medala layiq görülüb. Finala çıxışda məğlubiyyətlə üzləşən Məmmədzadə isə üçüncü yeri tutmaqla bürünc medalla kifayətlənib. Azərbaycan Boks Federasiyasından aldığımız məlumata görə, Kənan Babayev çempionluq zirvəsinə gedən yolda əvvəlcə türkiyəli Telet Yağlı, ardından gürcüstanlı Oruc Əhmədov və irlandiyalı Tedi Coysu məğlub edərək finala çıxan ölkə çempionu həlledici döyüşdə polşalı Nikolas Marsel Pavliki rinqə cıxmağa peşman edib - 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28).
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

