Şəhriyar Məmmədyarov Osloda Maqnus Karlsenlə qarşılaşacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

Şəhriyar Məmmədyarov Osloda Maqnus Karlsenlə qarşılaşacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

Şəhriyar Məmmədyarov Osloda Maqnus Karlsenlə qarşılaşacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Aprelin 22-də Osloda (Norveç) şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsenin təşəbbüsü ilə keçirilən ənənəvi "Meltwater Champions Chess Tour" seriyasına "Oslo Eports Cup" adlandırılan birinci mərhələ yarışı ilə start veriləcək. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun da iştirak edəcəyi bu mərhələ yarışında 8 zəka sahibi dairəvi sistem üzrə 7 turda qarşılaşacaqlar. Hər tur 4 rapid görüşündən ibarət olacaq. Mükafat fondu 210 min dollar təşkil edən bu yarışda Məmmədyarov dünya çempionu ilə yanaşı, Yan-Kşiştof Duda (Polşa), Aniş Qiri, Yorden Van Forest (hər ikisi Hollandiya), Le Kuanq (Vyetnam), Rameşbabu Praqnandxa (Hindistan) və danimarkalı Erik Xansenlı qarşılaşacaq.

İNTİQAM Məmmədov

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]