Tatami ustalarımız Avropa Kubokunda iştirak edəcəklər -İNTİQAM təqdim edir (AZpress.AZ)

Tatami ustalarımız Avropa Kubokunda iştirak edəcəklər -İNTİQAM təqdim edir (AZpress.AZ)

Tatami ustalarımız Avropa Kubokunda iştirak edəcəklər -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Aprelin 23-də Xorvatiyanın Dubrovnik şəhərində kişi cüdoçular arasında Avropa Kuboku uğrunda turnir keçiriləcək. İki gün davam edəcək turnirdə Azərbaycandan olan tatami ustaları da mübarizə aparacaqlar. 25 ölkəni təmsil edən 243 tatami ustasının iştirak edəcəyi turnirdə Azərbaycan məşqçilər Mehman Əzizov və Zaur Babayevin rəhbərliyi altında aşağıdakı heyətlə təmsil olunacaq: Nazir Talıbov (60 kq), İsmayıl İbrahimov, Ruslan Paşayev, Elçin Hüseynov (hamısı 66 kq), Nəriman Mirzəyev (73 kq), Hasil Cəfərov, Zelim Tckayev ( hər ikisi 81 kq),Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq) və İmran Yusifov (+100 kq).

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]