Əməkdar artist Həsən Əblucun yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=17)

Əməkdar artist Həsən Əblucun yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=17)

Əməkdar artist Həsən Əblucun yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=17)

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 22 aprel 2022-ci il tarixində peşəkar teatr sənətimizin korifey sənətkarlarından olan, tanınmış aktyor və rejissor, bədii qiraət ustası, pedaqoq, Əməkdar artist Həsən Əblucun 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi.

 

Tədbiri giriş sözü ilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova açaraq hamını salamladı. Ardınca tədbiri muzeyin elmi katibi Aytən Məmmədova davam etdirərək sənətkarın həyat və yaradıcılığından ətraflı söhbət açdı.

 

Tədbirdə Azərbaycan Respublikasının Xalq artistləri Rafiq Əzimov, Həmidə Ömərova, Valeh Kərimov, Tariyel Qasımov, Yasin Qarayev, Əməkdar incəsənət xadimləri Ənvər Əbluc, Əbdül Mahmudov, Əməkdar artistlər Azad Şükürov, Şəfəq Əliyeva, Yadigar Muradov, Ötkəm İskəndərov, Əliqulu Səmədov aktrisa Sona Babayeva, kinorejissor Elxan Qasımov, sənətkarın övladı Elnaz Əbluc və başqaları iştirak etdilər. Sənətkarın ailə üzvləri və sənət dostları onun həm aktyor, həm rejissor, həm də bir şəxsiyyət kimi keçdiyi ömür və böyük sənət yolundan söhbət açıb öz xatirələrini bölüşdülər.

 

Tədbir çərçivəsində unudulmaz sənətkarın həyat və yaradıcılığını əks etdirən və muzey əməkdaşları tərəfindən hazırlanmış video-çarx nümayiş olundu. Həmçinin onun həm oynadığı həm də quruluş verdiyi tamaşalardan və çəkildiyi filmlərdən fraqmentlər izlənildi.

 

Eləcə də, tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri konsert proqramı ilə çıxış etdilər. Solistlər Qarabağı Atefe, Xudaverdiyev Aqşin, musiqiçilər Toğrul Abdullayev, Paşazadə Məhəmmədəli, Zəhra Cahan Şıxəliyeva, konsertmeysterlər Ülviyyə Əliyeva, Babayeva Vüsalə, İsmayılova İlahə öz mükəmməl ifaları ilə xatirə gecəsinə xoş ovqat bəxş etdilər.
Sonda qonaqlarla birgə xatirə şəkilləri çəkildi.

 

Tədbirin auditoriyası incəsənət xadimlərindən, sənət adamlarından, muzey əməkdaşlarından və media nümayəndələrindən ibarət idi.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]