Azərbaycanın qrup komandası Dünya Kobokunun qalibidir -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycanın qrup komandası Dünya Kobokunun qalibidir -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycanın qrup komandası Dünya Kobokunun qalibidir -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə keçirilən Dünya Kubokuna bu gün final yarışları ilə yekun vurulub. Qeyd edək ki, turnirə ev sahibliyi edən Azərbaycan həm fərdi, həm də qrup komanda yarışlarının finalında iştirak edib. Təmsilçilərimiz arasında ən yaxşı nəticəni isə qrup komandamız göstərib. Heyəti Zeynəb Hümmətova. Ləman Əlimuradova, Güllü Ağalarzadə, Kəmalə Əliyeva, Darya Sorokinoy və Yelizaveta Luzanadan ibarət olan qrup komandaımız 5 həlqə ilə nümayiş etdirdiyi hərəkətə görə hakimlərdən 32.85 bal alıb ki, bu da komandamıza birinci yeri tutmaq və Dünya Kubokunu qazanmaq imkanı verib. Bu yarışda ikinci yeri İtaliya (32.450), üçüncü yerisə İzrail (32.025) tutub. Təəssüflər olsun ki, komandamız iki lent və üç topla nümayiş etdirdiyi hərəkətdə eyni uğura imza ata bilmətib. İtaliyanın (30.400) birinci, Yaponiyanın (28.250) ikinci və Qazaxıstanın (26.650) üçüncü yeri tutduğu bu yarışda Azərbaycan (24.750) yalnız 5-ci ola bilib.

 

Qeyd edək ki, fərdi yarışlara qatılan təmsilçilərimiz - Arzu Cəlilova və Zöhrə Ağamirova da finallarda iştirak etsələrdə mükafat qazana bilməyiblər. Arzu həlqələrlə çıxışını 29.80 xalla 4-cü, Zöhrə isə 29.350 xalla 6-cı pillədə başa vurub. Topla hərəkətdə 30.100 bal toplayan Cəlilova 5-ci, gürzlərlə 28.050 xal yığan Ağamirovasa 6-cı olub. Cəlilova daha sonra lentlə 27.400 xal toplamaqla 6-cı yeri tutub.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]