Azərbaycan yeniyetmə cüdoçuların Avropa Kubokunda üçüncü olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan yeniyetmə cüdoçuların Avropa Kubokunda üçüncü olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan yeniyetmə cüdoçuların Avropa Kubokunda üçüncü olub -İNTİQAM təqdim edir (AZpress.AZ)


Nizami İmranovsa turnirdə birinci yeri tutub

 

23-24 aprel aralığında Strasburqda (Fransa) yeniyetmə cüdoçuların Avropa Kuboku keçirilib. İki gün davam edən turnirdə Azərbaycan yığması da iştirak edib. Turniri Azərbaycan komandası üçün uğurlu hesab etmək olar. Belə ki, turniri 1-i qızıl. 3-ü gümüş və 5-i bürünc əyarlı olmaqla 9 medalla başa vuran yığmamız komanda hesabında üçüncü yeri tutub. Medallara gəlincə, "qızılı" bütün görüşlərini qələbə ilə başa vuran Nizami İmranov (60 kq) qazanıb. ""Gümüşlər" yalnız həlledici finalda büdrəyən Maqomed Musayev (50 kq), Nicat Nağıyev (66 kq) və Əli Hacızadənin (73 kq) payına düşüb. Bürünc medallar isə Xaliq Məmmədov, Maqomed Məmişov (hər ikisi 50 kq), Şahin Oruczadə (55 kq), Abil Uyubov (66 kq) və Nahid Turquluyevin (73 kq) aktivinə yazılıb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]