Azərbaycan yığması Avropada ikinci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan yığması Avropada ikinci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan yığması Avropada ikinci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Vüqar Talıbovla Aytac Qardaşxanlısa AKının qalibidir

 

Ötən həftənin şənbə və bazar günləri Polşanın Poznan şəhərində gənc cüdoçularin Avropa Kuboku keçirilib. İkigünlük yarış Azərbaycan yığması və cüdoçuları üçün uğulu keçib. Belə ki, həm yığmamız. həm də bir neçə cüdoçumuz mükafatçılar arasında yer alıb. 5 (2-2-1) medalla ümumi komanda hesabında Avropa Kubokunun ikincisi olan yığmamızın üzvlərindən Vüqar Talıbovla (90 kq) Aytac Qardaşxanlı (63 kq) bütün görüşlərini qələbə ilə başa vurmaqla öz çəkisinin qalibi adını qazanıb. Yalnız həlledici final qarşılaşmasında məğlubiyyətlə üzləşən Könül Əliyeva (48 kq) ilə Səbinə Əliyeva (57 kq) ikinci yeri tutmaqla, gümüş medala layiq görülüb. Yeganə bürünc medal isə Qədir Hüseynovun (73 kq) payına düşüb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]