Yığmamız Xorvatiyada 4 qızıl, 1 bürünc medal qazanmaqla Avropada birinci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Yığmamız Xorvatiyada 4 qızıl, 1 bürünc medal qazanmaqla Avropada birinci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

 Yığmamız Xorvatiyada 4 qızıl, 1 bürünc medal qazanmaqla Avropada birinci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İbrahimov, Mirzəyev, Tskayev və Yusifov AK-nın qalibidir

 

Yeniyetmə cüdoçularımız Strasburqda (Fransa), gənclərimiz Poznanda (Polşa) keçirilən Avropa Kubokunda mübarizə apardığı bir vaxtda (23-24 aprel) tatami ustalarımız (kişilər) isə Xorvatiyanın Dubrovnuke şəhərində analoji turnirdə özlərini sınayıblar. Ustalarımız daha uğurla çıxış edərək 4 qızıl və 1 bürünc medal qazanıblar. Bu nəticə yığmamıza komanda hesabında birinci olmaq imkanı verib. İkinci yeri Almaniya (3-2-7) komandasının tutduğu turnirdə ilk üçlüyü İsrail (2-0-2) tamamlayıb. Ev sahibi olan Xorvatiya (1-2-5) 4-cü, Böyük Britaniya (1-1-2) isə 5-ci olub.

 

Yığmamızın aktivinə yazılan qızıl medalları İsmayıl İbrahimov (66 kq), Nəriman Mirzəyev (73 kq ), Zəlim Tskayev (81 kq) və İmran Yusifov (+100 kq), "bürüncü" isə 60 kq-da güləşən Nazir Talıbov qazanıb.

 

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]