Bir şəhid, bir şahid Yardımlıda ... (AZpress.AZ, Akif Ağayev, +FOTO=7)

“Bir şəhid, bir şahid” Yardımlıda ... (AZpress.AZ, Akif Ağayev, +FOTO=7)

“Bir şəhid, bir şahid” Yardımlıda ... (AZpress.AZ, Akif Ağayev, +FOTO=7)

 

Masallı və Cəlilabad Xalq Teatrlarının sənət ustaları, Masallı Dövlət Regional Kollecinin tələbələrindən ibarət həvəskar aktyorlarının iştirakı ilə oynanılan “Bir şəhid, bir şahid” adlı səhnə əsəri növbəti dəfə Yardımlı rayon Mədəniyyət Mərkəzində teatrsevərlərə təqdim edilib.

 

Yazıçı Nurəddin Ədiloğlunun ssenarisi əsasında quruluş verilmiş tamaşa şəhid Nurlan və İntiqam Əsgərli qardaşlarına ithaf olunub.

 

Səhnə əsərinin təqdimatında rəsmilər, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Öncə şəhid Nurlan və İntiqam Əsgərli qardaşlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda həyatından keçmiş digər həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Çıxışlarda şəhid qardaşların həyatı və Vətən uğrundakı xidmətlərindən ehtiramla bəhs olunub, tamaşanın süjeti və hadisələrin xarakteri barədə söz açılıb.

 

Tamaşanın məzmununu düşmənin xalqımıza qarşı törətdiyi amansız cinayətlər, həmçinin ordumuzun Aprel döyüşləri və Vətən müharibəsindəki qisas əməliyyatları – Zəfər yürüşü təşkil edir. Bu fonda şəhid Nurlan və İntiqam Əsgərli qardaşlarının obrazları yaradılaraq, onların Vətən sevgisi və döyüş şücaətləri təsirli aktyor ifaları ilə əks etdirilib. Tamaşada vətənpərvərlik və qələbə ruhlu şeir kompozisiyaları da səsləndirilib.

 

Masallı Xalq teatrının rejissoru Cəmaləddin Əliyev tərəfindən quruluş verilmiş səhnə əsəri tamaşaçı auditoriyası tərəfindən sürəkli alqışlarla qarşılanıb.


Akif AĞAYEV.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]