Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin 30 illiyi ağacəkmə ilə qeyd olunub - FOTO

Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin 30 illiyi ağacəkmə ilə qeyd olunub - FOTO

Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması  ağacəkmə aksiyası ilə davam edib.


İki ölkə arasındakı qarşılıqlı əlaqələrə simvolik töhfə vermək məqsədilə keçirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Pakistan səfirliyinin nümayəndələri, hökumət rəsmiləri, ekokönüllülər və Azərbaycanda təhsil alan pakistanlı tələbələrin iştirakı ilə Abşeron yarımadasının iqliminə uyğun Eldar şamı və zeytun ağacları əkilib.


ETSN ətraf mühit naminə görülən tədbirlərdə hər kəsi aktiv iştirak etməyə, ölkəmizdə yaşıllıqların artırılmasına töhfə verməyə çağırır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]