İŞGÜZAR GÖRÜŞLƏR (AZpress.AZ, Ağaddin Babayev – FOTO=5)

İŞGÜZAR GÖRÜŞLƏR (AZpress.AZ, Ağaddin Babayev – FOTO=5)

İŞGÜZAR GÖRÜŞLƏR (AZpress.AZ, Ağaddin Babayev – FOTO=5) 

 

Aprelin 27-də Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov Bakıda səfərdə olarkən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin (ADMİU) müəllim-tələbə heyəti ilə işgüzar görüş keçirib. Universitetin rektoru Ceyran Mahmudova ilə söhbət əsnasında T.Heydərov Lənkəran teatrının kadr potensialı barədə məlumat verərək burada daha çox aktyorlara ehtiyacın olduğunu və bu işdə Universitet məzunlarının yardım edə biləcəyini diqqətə çatdırıb.

 

Rektor C.Mahmudova isə öz növbəsində ADMİU-nin ölkənin bütün teatrlarına, o cümlədən Lənkəran Dövlət Dram Tearına kadr potensialı sarıdan hər zaman köməklik göstərməyə hazır olduğunu vurğulayaraq, bu məsələni gündəmdə saxlayacağını bildirib.

 

Daha sonra T.Heydərov universitetin bir qrup tələbəsi ilə görüşüb. Görüş zamanı teatr rəhbəri çalışdığı sənət ocağının yaradıcılıq fəaliyyəti barədə tələbələri məlumatlandıraraq onları teatrla daha yaxından tanış olmaq üçün Lənkərana dəvət edib.

 

T.Heydərov həmçinin “Mədəniyyət” qəzeti redaksiyasına baş çəkərək baş redaktor Vüqar Əliyevlə görüşüb. Görüş zamanı V.Əliyev Lənkəran teatrının fəaliyyəti barədə yazıların bundan sonra da qəzetdə dərc olunacağını vəd edib.

Ağaddin BABAYEV
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]