Bu qadının başına gələnləri heç filmlərdə də görməmisiniz... +VİDEO

Bu qadının başına gələnləri heç filmlərdə də görməmisiniz... +VİDEO

Bu qadının başına gələnləri heç filmlərdə də görməmisiniz... +VİDEO

 

Azərbaycan Televiziyası dünyada aktual olan problemə - qadınlara qarşı zorakılığa diqqət çəkmək məqsədilə bədii-sənədli film hazırlayıb.

 

TV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Gözbağlıca” adlı film gerçək hekayələr əsasında çəkilib.

 

Filmin qəhrəmanı olan qadınlardan 4-ü başına gələnlərdən danışır. Hekayələri fərqli olsa da, hər biri şiddət qurbanıdır. Qəhrəmanlar müsibətlərdən qaçaraq qadın sığınacağına pənah gətiriblər. Onlar acı talelərini psixoterapevtə danışaraq məsləhət gözləyirlər.

 

Filmdə mütəxəssislə danışan qadınlardan biri iddia edir ki, onun yaşadıqlarını heç kim yaşamayıb, o ağrılı illəri heç filmlərdə belə görmək mümkün deyil.

 

Filmdəki sonuncu hekayə isə artıq həyatda olmayan bir qadından bəhs edir. O, əri tərəfindən eyvandan atılaraq qətlə yetirilib. Bu, şiddətin ən ağır nəticəsidir.

 

Bədii-sənədli filmin adının “Gözbağlıca” seçilməsi isə təsadüfi deyil. Belə ki, əslində, uşaq oyunu olan gözbağlıca filmdə bir simvol kimi seçilib: həyatını, taleyini gözüyumulu seçənlərin alleqoriyası.
Qeyd edək ki, sadəcə 2021-ci ildə Azərbaycanda 70 qadın öldürülüb, 24 qadın xəsarət alıb.
Bəs bu şiddətin səbəbi nədir? Kimdir günahkar: təkcə şiddət göstərənlər, yoxsa buna göz yuman hər kəs?

Film bu suallara cavab tapmağa bir cəhddir.
“Gözbağlıca”nın quruluşçu rejissoru Zaur Zeynal, ssenari müəllifi Leyla Qədirzadə, quruluşçu operatoru Aqşin Rzayevdir.

Bədii-sənədli film aprelin 29-u saat 18:25-də AzTV-də yayımlanacaq.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]