Tennisçilərimiz əvvəlcə beynelxalq turnirə, ardından da AÇ-yə qatılacaqlar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Tennisçilərimiz əvvəlcə beynelxalq turnirə, ardından da AÇ-yə qatılacaqlar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Tennisçilərimiz əvvəlcə beynelxalq turnirə, ardından da AÇ-yə qatılacaqlar -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Komandalarımız hazırda Qaxda toplanışdadır

 

Yeniyetmə və gənc stolüstü tennisçilərimizi qarşıda nüfuzlu beynəlxalq yarışlar gözləyir.
Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, hər iki yaş qrupundan olan komandalarımız mayın 15-dən 23-dək Almaniya və Polşada təşkil olunacaq ənənəvi “Protur” yarışlarına qatılacaq. Ardınca idmançılarımız daha ciddi yarışa yollanacaq. Söhbət iyulun 6-dan 15-dək Serbiyanın Belqrad şəhərində keçiriləcək Avropa birinciliyindən gedir.

 

Yeniyetmə və gənc stolüstü tennisçilərimiz artıq sözügedən yarışların hazırlığına start veriblər. Ölkə birinciliyinin yekunlarına əsasən formalaşan seçmə komandamız bu məqsədlə Qax rayonuna yollanıb. Aprelin 24-də Qax Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışına mayın 4-də yekun vurulacaq. Toplanışa 6 qız, 7 oğlan tennisçi cəlb edilib. Komandamız məşqçi Elnur Hidayətzadənin rəhbərliyi altında gündə iki dəfə olmaqla həm, fiziki, həm də, taktiki-texniki hazırlığı davam etdirir.

İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]