Məmmədyarov Karlseni udsa da... -İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarov Karlseni udsa da... -İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarov Karlseni udsa da... -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Şahmat üzrə hazırki dünya çempionu Maqnus Karlsenin təşəbbüsü ilə Osloda (Norveç) keçirilən və həmyerlimiz Şəhriyar Məmmədyarovun qatıldığı "Çempionun Şahmat Turniri" seriyasının "Oslo Esports Cup" mərhələsi başa çatıb. Dairəvi sistem üzrə keçirilməklə 7 turdan ibarət olan turnirin son turunda Məmmədyarov çempionun özü ilə qarşılaşıb. Görüş azərbaycanlı qrossmeysterin qələbəsi ilə bitib - 2,5:0,5 (partiyalar üzrə - 0,5:0,5, 1:0, 1:0), Lakin çempion üzərində qələbə qazanmasına baxmayaraq Məmmədyarov mükafatçılar arasında yer ala bilməyib. Mükafat fondu 210 min dollar təşkil edən turnirdə 11 xal toplayan Məmmədyarov yalnız 5-ci yeri tuta bilib. Turnirin qalibi adını 14 xalla polşalı Yan-Kşiştof Duda qazanıb. İkinci yeri ondan bir xal geri qalan vyetnamlı Le Kunq Lyem tutub. hərəyə 12 xal toplayan Karlsenlə Rameşbabu Praqqanandxa 3-4-cü yerləri bölüşüb.Yorden Van Forest (Hollandiya, 10 xal) 6-cı, onun həmyerlisi Aniş Qiri (9 xal) 7-ci, danimarkalı Erik Xansen (3 xal) isə conuncu yeri tutub. Xatırladaq ki, məhz bu Xansen 3-cü turda Məmmədyarovu udmuşdu (2,5:1,5).

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]