Yığmamız İslam Oyunlarının hazırlığına başlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Yığmamız İslam Oyunlarının hazırlığına başlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Yığmamız İslam Oyunlarının hazırlığına başlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Stolüstü tennis üzrə milli komandamız İslam Həmrəylik Oyunlarına hazırlığın ilkin mərhələsinə başlayıb. Azərbaycan Stolüstü tennis Federasiyasından verilən məlumata görə, əsas yığma komandanın üzvləri bu məqsədlə Türkiyənin Yalova şəhərinə yollanıb. Bu toplanışa Nəzakət Qarayeva, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Emin Məmmədov, Vəzir Allahverdiyev, Nihad Məmmədov və Adil Əhmədzadə cəlb edilib. Böyük məşqçisi Fərhad İsmayılovla məşqçi Ramil Cəfərovun rəhbərliyi altında keçirilən toplanışa mayın 6-da yekun vurulacaq. Seçmə komanda hazırlıq proqramına əsasən ardınca digər toplanışlara qatılacaq. Qeyd edək ki, İslam Həmrəylik Oyunları 9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində təşkil olunacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]