Ağayevlə Nəcəfov AÇ-da medalın bir addımlığında dayanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Ağayevlə Nəcəfov AÇ-da medalın bir addımlığında dayanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Ağayevlə Nəcəfov AÇ-da medalın bir addımlığında dayanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadın cüdoçuların növbəti Avropa çempionatına start verilib. Çempinatın ilk günü ikisi qadın olmaqla 6 tatami ustamız mübarizəyə qatılıb. Təəssüflər olsun ki, cüdoçularımızdan heç biri mükafatçılar sırasında yer ala bilməyib. Yalnız iki təmsilçimizin - Balabəy Ağayevlə (60 kq) Yaşar Nəcəfovun (66 kq) çıxışı yadda qalıb. Hər iki cüdoçumuz bürünc medal uğrunda keçirilən kicik finalda uduzaraq, 5-ci yeri tutub. Qeyd edək ki, ilk iki görüşünü qələbə ilə bitirdikdən sonra 14 finalda büdrəyən Ağayev birinci təsəlliverici görüşünü udsa da, bürünc uğrunda görüşdə belçikalı rəqibi ilə bacarmayıb. Bununla da ötən il Parisdə "Böyük Dəbilqə"ni udan Ağayev AÇ-də 5-ci yerlə kifayətlənib. Bu çəkidə çıxış edən Əhməd Yusifovsa ikinci görüşdə (18 final) uduzub.

 

Yaşar Nəcəfova gəlincə, ardıcıl olaraq, Moldova, Fransa və Bolqarıstan təmsilçisini udaraq, 12 finala çıxan cüdoçumuz burada ukraynalı rəqibi ilə bacarmayıb. Daha sonra isə o, bürünc medal uğrunda görüşdə İtaliya təmsilçisinə uduzub. Bu çəkidə güləşən digər təmsilçimiz - İbrahim Əliyevsə start görüşündə uduzaraq, AÇ-la erkən vidalaşıb.

 

Çempionatın ilk günü 48 kq-da tatamiyə çıxan qadınlarımız üçün də uğursuz olub. Həm Şəfəq Həmidova, həm də Ramilə Əliyeva startdaca uduzub.

 

AÇ-nin ikinci günü çəkisi 73 kq olan cüdoçularımız - Rüstəm Orucovla Hidayət Heydərov tatamiyə çıxacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]