Gənc güləşçilərimizin Türkiyə TMT-si davam edir -İNTİQAM təqdim edir (AZpress.AZ)

Gənc güləşçilərimizin Türkiyə TMT-si davam edir -İNTİQAM təqdim edir (AZpress.AZ)

Gənc güləşçilərimizin Türkiyə TMT-si davam edir -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Yunan-Roma, sərbəst və qadın güləşi üzrə U-20 yığmalarımız Türkiyədə təlim-məşq toplanışı (TMT) keçir. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, aprelin 26-dan Türkiyədə startı verilən hazırlıq prosesi iki həftə davam edəcək. Bu toplanış iyunun 27-dən iyulun 3-dək İtaliyanın paytaxtı Romada keçiriləcək U-20 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

 

Qeyd edək ki, yunan-Roma güləşçilərimiz hazırlıq prosesini böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Boluda (Türkiyə) davam etdirir. Toplanışa 15 idmançı cəlb edilib.

 

Sərbəst güləşçilərimiz məşqlərini böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında İstanbulda davam etdirir. Heyətdə 13 idmançı yer alıb.
Qadın güləşçilərimiz isə böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Niğdədə toplanışdadır. Heyətə 9 idmançı cəlb edilib.

 

Qeyd edək ki, Türkiyə milliləri ilə birgə keçirilən TMT yekunlaşdıqdan sonra yığmalarımız mayın 13-dən 15-dək Antalyada baş tutacaq “Çempionlar” turnirində çıxış edəcək.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]