Azərbaycanlı üzgüçü Çexiya turnirində bürünc medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycanlı üzgüçü Çexiya turnirində bürünc medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycanlı üzgüçü Çexiya turnirində bürünc medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Çexiyanın Ostrava şəhərində üzgüçülük üzrə beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycan idmançısı Məryəm Şeyxəlzadəxangah da iştirak edib. Baş məşqçi Rəşad Abdurahmanovun rəhbərliyi altında yarışa qatılan Məryəm özünü 50 metr məsafəyə sərbəst üsulla üzmək yarışında sınayıb və tarixi uğura imza atıb. Məsafəni 26,83 saniyəyə qət edən idmançımız bu göstərici ilə 3-cü yeri tutmaqla bürünc medala layiq görülüb. Qeyd edək ki, Məryəmin bu göstərici həm Azərbaycan, həm də onun özü üçün yeni tarixi rekorddur.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]