İddiaçılar turnirinə aparan daha bir "yol çəkilib" -İNTİQAM təqdim edir (AZpress.AZ)

İddiaçılar turnirinə aparan daha bir "yol çəkilib" -İNTİQAM təqdim edir (AZpress.AZ)

İddiaçılar turnirinə aparan daha bir "yol çəkilib" -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Beynəlxalq Şahmat Federasiyası (FİDE) qarşıdakı iki il ərzində şahmatçıların iddiaçılar turnirinə vəsiqə qazana bilməsi üçün seçmə xarakterli turnirlər sistemində dəyişiklik edib. Qeyd edək ki, FİDE hər il keçirilən "Grand Chess Tour" şahmat seriyasının təşkilatçıları ilə razılığa gəlib. Həmin razılaşmaya görə, gələn il turnirin yekun nəticəsinə görə, ilk iki yeri tutan şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanmış olacaq. Bu sistem "Grand Chess Tour»-2025-də də qüvvədə olacaq. Buna əsasən demək olar ki, son illər bəlli turnirin əvəzedilməz iştirakçısı olan həmyerlimiz Şəhriyar Məmmədyarovun iddiaçılar turnirinə vəsiqə qazanması üçün daha bir yolu açılıb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]